Əsas Səhifə > Güney Press / Manşet > PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ PUL PAYLANACAQ
PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ PUL PAYLANACAQ19-09-2012, 15:37 |
![]() İNDİDƏN OLİQARX-MƏMURLARA ÖHDƏLİK QOYULUB DİA.AZ: - Prezident seçkiləri öncəsi hakimiyyət fərqli bir tövr sərgiləyəcək. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mənbələr verib. Qaynağın iddia etdiyinə görə, qarşıdan gələn prezident seçkiləri öncəsində zor müstəvisində münasibət aydınlanmasına daha az yer veriləcək: В«Bu seçki ərəfəsində QHT-lər və mətbuat üçün xeyli münasib şərait yaranacaq. Hətta müxtəlif adlar altında pullar da paylanacaqВ». Mənbəmiz iddia edir ki, indidən bunun təməli atılmaqdadır: В«Rəsmən pul paylayacaqlar. Ayrı-ayrı oliqarx məmurlar bu işə təhkim olunublar. Təxminən seçkiqabağı dönəmdə ictimai-siyasi təşkilatlar, QHT-lər və mətbu orqanlar üçün 1 milyon manata yaxın vəsaitin xərclənməsi planlaşdırılırВ». Əldə etdiyimiz məlumatların daha bir ilginc tərəfi isə ondan ibarətdir ki, nəzərdə tutulan maliyyə vəsaiti daha çox müstəqil media və QHT-lər üçün ayrılacaq. Bu barədə mənbəmizin bildirdikləri: В«Müstəqil və müxalifyönlü mətbuatla münasibətlərini qaydasına salmaq qayğısından çıxış edən YAP iqtidarı gələn il həmçinin jurnalistlər üçün inşa edilən evlərin bölüşdürülməsi zamanı da bu priyomdan istifadə edəcəkВ». Geri qayıt |