Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEV İNDİ DƏ KEŞİŞ PEŞİNDƏDİR

RÖVNƏQ ABDULLAYEV İNDİ DƏ KEŞİŞ PEŞİNDƏDİR


19-09-2012, 12:17
RÖVNƏQ ABDULLAYEV İNDİ DƏ KEŞİŞ PEŞİNDƏDİR

ARDNŞ MƏDH KİLSƏSİNƏ QARŞI İDDİA QALDIRIB

Sabah Bakı Apellyasiya Məhkəməsində Rövnəq Abdullayevin rəhbərlik etdiyi ARDNŞ-in tabeliyində olan “Azərneftyağ” Neft Emalı Zavoduna qarşı “Mədh Kilsəsi”nin verdiyi şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Mia.az-a verilən məlumata görə, sözügedən məhkəmədə hakim Cahangir Yusifovun sədrliyi ilə keçiriləcək prosesdə dini təriqətin zavod rəhbərliyi tərəfindən qəsb edilən əmlakları ilə bağlı iddiaları araşdırılacaq: «“Mədh Kilsəsi” dini icması “Azərneftyağ” Neft Emalı Zavodu tərəfindən onların əmlaklarının qəsb edildiyini iddia edir. Onlar məhkəmədən əmlaklarının bazar dəyərinin ödənilməsi və kompensasiyanın təmin edilməsini tələb edirlər».
Məlumat üçün onu da qeyd edək ki, kilsənin 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmayıb. Ona görə də qərardan apellyasiya şikayəti verilib.

Geri qayıt