Əsas Səhifə > Cəmiyyət, Manşet > ƏBÜLFƏZ QARAYEV OTELLƏRDƏN AYLIQ HAQQ ALIR

ƏBÜLFƏZ QARAYEV OTELLƏRDƏN AYLIQ HAQQ ALIR


19-09-2012, 12:11
ƏBÜLFƏZ QARAYEV OTELLƏRDƏN AYLIQ HAQQ ALIR

BU ŞOK İDDİANI OTEL SAHİBLƏRİ SƏSLƏNDİRİB

DİA.AZ: - Hələ «Avroviziya-2012» mahnı yarışması ərəfəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Azərbaycandakı otel və mehmanxanalar üzərində əlahiddə hökmranlığının şahidi olduq. Hər halda, nazirin otellərə qiymət diqtə etməsi və yaxud da qiymətlərini aşağı salmağa məcbur etməsi hansısa qanunvericiliklə uyğunluq təşkil etməyən bir hal olsa da, nazir bildiyini etdi.

DİA.AZ-a müraciət edən bir qrup sahibkarın sözlərindən isə belə aydın olur ki, nazirin otellər üzərində hökmranlığı tək bununla bitmir: «Təbii ki, ayrı-ayrı oliqarx-məmurların otelləri bir yana, söhbət sıravi sahibkarlardan gedir. Hər ay mədəniyyət və turizm nazirinin adına aylıq haqqımızı çatdırmasaq, bizim işləməyimiz mümkünsüzdür».

Sahibkarların sözlərindən belə aydın olur ki, əslində otelçilik biznesində müşahidə olunan bahaçılığın əsas səbəbi elə aylıq haqq məsələlərindədir: «Təkcə nazirin haqqı getmir. Eyni zamanda FHN-yə, polis əvə müxtəlif qurumlara da haqq veririk ki, fəaliyyət göstərə bilək. Bunun da nəticəsində müştərilərə xidməti hətta Türkiyədəki qiymətlərin qat-qat üstündə təklif etməli oluruq».

Onu da bildirək ki, qadınlar arasında futbol üzrə dünya çempionatının Bakıda keçirilməsi səbəbindən yenə də ölkəmizə turist axını üz tutub. Və belə çıxır ki, dövlətin dəstəyilə baş tutan bu kimi tədbirlər nəticəsində az qala zorla Azərbaycana təşrif buyuran turistin ikinci dəfə ölkəmizə üz çevirməsi imkansızdır. Ən azından otellərimizdəki od tutub yanan qiymətlər səbəbindən…

Geri qayıt