Əsas Səhifə > Ölkə, Manşet > ASTARA GÖMRÜK MƏNTƏQƏSİNDƏ XAOS YARANIB

ASTARA GÖMRÜK MƏNTƏQƏSİNDƏ XAOS YARANIB


19-09-2012, 10:37
ASTARA GÖMRÜK MƏNTƏQƏSİNDƏ XAOS YARANIB

HƏTTA İRANA 3 KİLOQRAM KARTOF ALMAĞA GEDƏNDƏN DƏ 10 MANAT ALINIR

DİA.AZ: - Astara gömrükxanasının rəhbəri, «Rokfeller» ləqəbli Hikmət Məmmədov indi də rəhbəri olduğu məntəqədə yaratdığı xaosla diqqətə gəlməkdədir. Bu barədə DİA.AZ-a məlumat verən bir qrup cənub bölgəsi sakininin sözlərindən belə aydın olur ki, Hikmət Məmmədov keçən həftədən etibarən İran tərəfinə keçərək özlərinin şəxsi istifadələri üçün alış-veriş edən bölgə sakinlərinə qarşı yeni uyğulama tətbiq etməyə başlayıb.

Sakinlər bildirir: «Hətta İrandan evinə 3 kiloqram kartof alıb gətirənlərdən də 10 manat pul istənilir. Bu barədə narazılıq edəndə isə bildirirlər ki, Hikmət Məmmədovun göstərişidir və hər kəs buna tabe olmalıdır».

Sakinlərin sözlərinə görə, gün ərzində sözügedən istiqamətdən İran tərəfinə 1000-1500 adam keçirsə və hər adamdan 10 manatdan yığılarsa, o zaman təkcə bu yolla hikmət məmmədovun ən azından günə 10 min manat qazandığını iddia etmək olar.

Bu barədə Dövlət Gömrük Komitəsinə, korrupsiyaya qarşı mübarizə idarəsinə dəfələrlə şikayət etdiklərini bildirən narazı sakinlərin sözlərindən o da məlum oldu ki, etdikləri narazılıqları eşidən yoxdur: «Əvvəllər də belə hallar olub. Şikayət etmişik, bizi eşidən olmayıb. Ona görə də keçən həftədən etibarən başlayan pul toplanışına kimsə etiraz etmir, hamı sakitcə tələb olunan 10 manatı verir».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt