Əsas Səhifə > Gündəm, Manşet > ARZU RƏHİMOV ONA OLAN ETİMADI DOĞRULDA BİLMƏYİB

ARZU RƏHİMOV ONA OLAN ETİMADI DOĞRULDA BİLMƏYİB


19-09-2012, 08:40
ARZU RƏHİMOV ONA OLAN ETİMADI DOĞRULDA BİLMƏYİB

BUNUN DA NƏTİCƏSİNDƏ HƏRBİ ÇAĞIRIŞ SİSTEMİ BÖHRANLI DURUMA DÜŞÜB

DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyatlar keçirilməsi və nəticədə Saatlı, Daşkəsən, Göyçay rayon şöbələrinin əməkdaşları korrupsiya faktlarına görə saxlanılması, eyni zamanda hazırda xidmətin digər rayon şöbələrində də yoxlamaların aparılacağı və bir neçə rayon şöbəsində də həbslərin olacağının gözlənilməsi son günlərin ən əsas mövzularından birinə çevrilib.

Məsələnin maraqlı tərəfi isə bundan ibarətdir ki, Səfərbərlik Xidmətində yoxlamalarıa start verilməsinə və həbslərin gerçəkləşməsinə rəğmən bilavasitə vurulan şəxs olaraq Arzu Rəhimov deyil başqaları göstərilir. Məlumatlara görə, yeni yaranan qurum bu 7 ay ərzində nəinki özünü doğrulda bilib, əksinə çağırışla bağlı vəziyyət daha acınacaqlı şəkil alıb.

Qurumun rəhbərliyi isə məhz bu vəziyyətdən çıxış yolu kimi günahı başqasının üstünə atmaq və bununla da müəyyən qədər diqqətdən yayınıb, qüsurları ört-basdır etmək taktikasını seçib. Qeyd edək ki, bir müddət öncə Naxçıvandakı N saylı hərbi hissədə vaskulit xəstəlyinidən vəfat edən Tayfur Bəyovla bağlı da anoloji taktika seçilmişdi. Yəni məhz Səfərbərlik Xidməti tərəfindən 2012-ci ilin aprel ayında vaskulit olduğu halda əsgərliyə aparılan Tayfur Bəyovun xəstə olmasına baxmayaraq orduya ğöndərilməsinin məhsuliyyətindən yayınmaq üçün belə addım atılmışdı və hədəf başqa istiqamətə yönəldilmişdi. Bundan başqa avqust ayında bir ayın əsgəri Elşən Novruzovun xəstəlikdən ölməsinin məsuliyyətini də boyndan atmaq üçün Səfərbərlik Xidməti mətbuat vasitəsi ilə öz ənənəvi taktikasını həyata keçirmişdi.

Son hadisəyə görə də xidmət günahı başqalarının üstünə atmağa çalışır. Yəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbəsində əməliyyat keçirilməsi və nəticədə Saatlı, Daşkəsən, Göyçay rayon şöbələrinin əməkdaşlarının tutulmasına siyasi don geyindirilir. Bildirilir ki, guya vurulan adamlar müdafiə naziri Səfər Əbiyevin, keçmiş komisar Əlaga Hüseynovun və başqalarının kadrlarıdır. Guya ki, hər şey Arzu Rəhimovun nəzarəti altında həyata keçirilir.

DİA.AZ-a daxil olan məlumatlar isə bunun kökündən yanlış olduğunu göstərir. Əvvəla bu xidmət 7 aydır yaranıb və heç bir yeni yaranan qurumun rəhbəri razı ola bilməz ki, bu və ya digər formada rəhbərlik etdiyi təşkilatın adı korrupsiya məsələsinə görə hallansın. Digər tərəfdən Səfərbərlik xidməti keçmiş hərbi komissarlıqların buraxılması və onun bazasında yaradılması ilə gerçəkləşdi. Və hətta Arzu Rəhimov yeni vəziyəyə təyin olunandan sonra ilk iclasdaca bütün komissarlıq işçilərinin istefaya göndərildiyini şəxsən bəyan etdi. Bundan sonra isə xidmətin rayon şöbələrinə kadrlar Arzu Rəhimov tərəfindən bir-bir seçilərək təyin olundu. İndi necə olur ki, həbs olunanlar başqasının kadrı sayılır? Əlbəttə ki, bu absurtdur. Deməli, həbs olunanlar elə Arzu Rəhimovun yeni təyin və ya təsdiq etdiyi kadrlardır.

Nəhayət keçək əlimizdə olan əsas faktlara. Bəllidir ki, Arzu Rəhimov Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin kadrı sayılır. O da bəllidir ki, Elçin Quliyev fövqəladə hallar naziri Kamaləddin Heydərovun çətirinin altında olan şəxsdir. Bəs, belə isə niyə Səfərbərlik Xidmətinin aşağıda adını çəkəcəyimiz rayon şöbələri də yoxlanılır və onlardan da həbslərin olacağı gözlənilir?

Əldə etdiyimiz ilginc faktlara görə hazırda Səfərbərlik Xidmətinin demək olar əksər rayon şöbələrində yoxlamalar aparılır və onların böyük əksəriyyəti ilə bağlı cinayət işi qaldırılıb. Və məsələ ölkə rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Yoxlamalar aparılan həmin rayonların arasında xidmətin Xəzər rayon təşkilatı da var ki, həmin rayon şöbəsinin rəisi birbaşa Kamələddin Heydərovun yaxın adamıdır. Məlumatlara görə, xidmətin Xəzər rayon şöbəsindən 1994 təvəllüdlü Qasımov Ağacavad İntiqam oğlu 2012-ci ili aprel ayında vərəm xəstəsi olduğu halda əsgərliyə aparılıb və sonradan təxris edilib. Bundan başqa əslən Naxçıvandan olan Arzu Rəhimovun məhz öz bölgəsinə də əl qoyulub. Yəni 1991-ci il təvəllüdlü Rəhimov Xaliq Cabbar oğlu 2012-ci ilin aprelində Naxçıvanın Şərur rayon şöbəsindən, 1994 təvəllüdlü Nabatov Elşən Cəfəralı oğlu iyul 2012-ci ildə Naxçıvanın Kəngərli rayon şöbəsindən, 1991-ci il təvəllüdlü Quliyev Əli Məmməd oğlu Naxçıvan şəhərinin özündən xəstə olduqları halda əsgərliyə aparılıb və geri qaytarılıblar. Bundan başqa Elçin Quliyevin kadrı sayılan Sumqayıt şəhər şöbəsindən Məmmədov Kamran Şahin oğlu da vərəm xəstəsi olduğu halda hərbi xidmətə göndərilib və təxris edilib.

Göründüyü kimi Səfərbərlik Xidmətində aparılan yoxlamalar heç də Arzu Rəhimovun iradəsi çərçivəsində həyata keçirilsmir. Əksinə 7 ay müddətində itirdiyi etimadın və yarıtmaz fəaliyyətin nəticəsidir ki, xidməti dalana diriyiblər.

Geri qayıt