Əsas Səhifə > Gündəm, Manşet > QARADAĞIN “BERLİN DİVARI”NI KİM YIXACAQ?

QARADAĞIN “BERLİN DİVARI”NI KİM YIXACAQ?


17-09-2012, 11:01
QARADAĞIN “BERLİN DİVARI”NI KİM YIXACAQ?

YERLİ SAKİNLƏR ALMANLAR QƏDƏRİNDƏ SƏBRLİ OLMADIQLARINI DEYİRLƏR

DİA.AZ: - Qaradağ rayonu icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır. Bildirək ki, redaksiyamızda olan onlarla sahibkar bu gün icra başçısının zülmündən şikayətçi düşdüklərini bildirməklə yanaşı, «yuxarıda» himayədarlarının olduğunu bildirən başçıya qarşı hər hansı tədbirin görülmədiyini də xüsusi olaraq vurğulayıblar.

Xatırladaq ki, neçə müddətdir “Çakır” ləqəbli başçı sahibkarlarla rəsmən məzələnir. Narazı sahibkarların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, yenə də yerli iş adamlarından pul toplamağı qəsd edən Süleyman Mikayılov Qobustan qəsəbəsində əməlli-başlı «Berlin divarı»nın bənzərini qurub: «Məktəb qalıb bir yanda. Məktəbə, xəstəxanaya gediş-gəliş dayanıb. Əsas hədəf isə kommersiya obyektləridir. Divar arxasında qalan mağazaların sahiblərinə bildirilib ki, hər biriniz 30 min manat versəniz, divarlar yıxılacaq və qapı açılacaq».

Biz də həmin divarı görmək üçün Qaradağ rayonuna üz tutduq. Və şəkillərdən də göründüyü kimi, “Çakır” hətta Berlini iki yerə bölən Sovet İmperiyasının başbilənlərini də heyrətləndirəcək bir addımı atıb. Doğrudur, Berlindəki divar siyasi amala xidmət edirdi, amma Qaradağdakı divar sırf iqtisadi maraqlar üçündür. Pulun varsa, bu divarı uçura bilərsən...

Bizimlə söhbətində sahibkarlar bildirdilər ki, onlar divarı yıxan oğul axtarırlar ki, arxasınca getsinlər: “Almanlar 50 il səbr etdilər. Bizim isə o qədər səbr etməyə gücümüz yoxdur”...

QARADAĞIN “BERLİN DİVARI”NI KİM YIXACAQ?
QARADAĞIN “BERLİN DİVARI”NI KİM YIXACAQ?

Geri qayıt