Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOVUN YENİ GÜNDƏLİK BİZNESİ
MİSİR MƏRDANOVUN YENİ GÜNDƏLİK BİZNESİ17-09-2012, 10:28 |
ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İNDİDƏN «BAZARKOM» KİMİ YETİŞDİRİLİR DİA.AZ: - Bəlkə də bu, Misir Mərdanovun Azərbaycan təhsilinə vura biləcəyi son zərbədir. Yəni bundan ötəsini təsəvvür etmək olduqca çətindir. Bildirək ki, dünən DİA.AZ redaksiyasına valideynlərdən biri hazırda orta məktəblər üçün nəzərdə tutulan, «Şərq-Qərb» Nəşriyyat Evi tərəfindən çap edilən və ən əsası - Təhsil Nazirliyi tərəfindən təsdiqlənən orta məktəb gündəliklərinin yeni formasını təqdim edib. Gündəliyə diqqət yetirdikdə onun hansısa sahibkarın qeyd dəftərindən heç nə ilə fərqlənmədiyini görürük. Üz qabığındaca «Unibank»ın reklamı ilə başlayan bu yeni gündəlikləri daha çox biznes mühiti üçün nəzərdə tutulmuş xüsusi reklam nəşrinə bənzətmək olar. Reklamların bolluğundan da aydın görünür ki, Misir Mərdanov gündəlik nəşrindən əməlli-başlı pul qazanıb. Bəli, bu bir faktdır ki, son zamanlar TN şefinin əsas gəlir yerləri onun əlindən alıb. Amma bu ona heç də əsas vermir ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan gündəlikləri istəklərə zidd olaraq hansısa şirkətlərin, iş yerlərinin, məhsulların reklamı ilə doldursun. Həmin səhifələrdə itirilmiş şəhərlərimizin görüntülərinin əksi daha məqsədə uyğun idi, nəinki SOCAR-ın, «Halal» firmasının, «Qafqaz İnkişaf» Bankının və digərlərinin təbliği… Mərdanovun gündəliklərindən səhifələr... Geri qayıt |