Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏTİN SEÇKİQABAĞI REGİONÇULUĞU
HAKİMİYYƏTİN SEÇKİQABAĞI REGİONÇULUĞU16-09-2012, 16:01 |
![]() HƏR BİR REGİON ÜZƏRƏ XÜSUSİ QRUPLAR YARADILIB DİA.AZ: - İlham Əliyevin prezident kürsüsünə keçidindən sonra hazırki YAP iqtidarının ənənəvi idarəetmə üsullarından ən əsası kimi diqqətə gələn regionçuluq faktorundan imtina edilsə də, hələ də bu xarakterdə mövcud olan hakimiyyətiçi qruplaşmaların varlığı heç də hakim düşərgənin regional faktordan birdəfəlik imtina etmədiyini ortaya qoyur. Əslində YAP iqtidarının başqa bir çıxış yolu da yoxdur. Çünki ilkindən bu hakimiyyət nəinki siyasi müstəvidə, elə digər istiqamətlərdə də bölərək, böldüklərini kurasiyalar arasında palaşdıraraq idarə etməyi yeganə yol kimi müəyyən edib. Məsələn, bu bir faktdır ki, bu gün Azərbaycanın ayrı-ayrı rayonları məmurlar arasında paylaşdırılıb və hər bir rayonun öz kuratoru var. Burada təbii ki, Azərbaycan xalqının mental xarakterik xüsusiyyətləri də rol oynamaqdadır. Yəni əgər bu gün YAP iqtidarı regional faktordan qəti surətdə imtina edə bilmirsə, bunun başlıca nədəni bizim bir millət olaraq regional dəyərlər üzərində köklənməyimizdə, hələ də tayfa-qəbilə təfəkkür yanaşmasından uzağa gedə bilməməyizlə bağlıdır. Bundan fərqlənən bir yolun seçimi məğlubiyyətdir. Bəlkə də hazırki müxalifələrin uğursuzluq sindromunun açarı da elə bundadır. Hazırki siyasi mənzərə belədir ki, guya bütün regional əlamətdarlıqlardan imtina edilib. Amma faktiki mövcudiyyət tamam başqadır. Əgər bu gün Ayaz Mütəllibov məhz YAP iqtidarının əldən verdiyi Şirvan eloktoratının könlünün alınması məqsədilə vətənə buraxılırsa və ciddidən də bu faktordan 2013-cü ilin prezident seçkilərində gen-bol istifadə məqsədi güdülürsə, deməli, vəziyyət heç də dəyişməyib. Sadəcə olaraq bəziləri hər addımda ağırlıq verdikləri ləhcələrinin şirinliklərindən imtina etməli olublar. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, əslində YAP iqtidarı regionçuluq faktoruna hər zaman üstünlük verib və bu seçki ərəfəsində də fərqli bir tövrün sərgilənməsi nəzərdə tutulmur. Məlumatı verən qaynaq iddia edir ki, hətta seçkilərin yola verilməsi, seçki prosesindən uğurla çıxılması üçün regionlar üzrə kuratorluq işi daha da köhkəmləndirilib: В«Bəziləri üçün unudulmuş kimi görünən Qərbi Azərbaycan bölgəsi mənsublarından tutmuş, digər bölgə mənsublarına qədər hər bir kəslə işlənilməsi üçün ayrıca qaydada kuratorluq yaradılıb. Həmin kuratorluqların yeganə əsas hədəfi seçki günündə hakimiyyətin namizədinin qələbəsi uğrunda çalışmaqdan, səfərbər olunmaqdan ibarətdirВ». Mənbəmiz artıq hər bir regionun nüfuzlu şəxsinin müəyyən olunduğu və hər bir nüfuzlu şəxsin üzərində konkret təhkimlərin təsbit edildiyini də bildirməklə yanaşı, onu da vurğuladı ki, hər bir regional qruplaşma daxili qaynaqlar hesabına maliyyələşməlidir: В«Bu da seçkiqabağı toparlanma prosesinin bir tapşırığı kimi qəbul olunmalıdırВ». Geri qayıt |