Əsas Səhifə > Hadisə, Manşet > BELÇİKA MƏTBUATINDA ABSURD İDDİALAR

BELÇİKA MƏTBUATINDA ABSURD İDDİALAR


16-09-2012, 13:24
BELÇİKA MƏTBUATINDA ABSURD İDDİALAR

«KNACK» JURNALI RAMİL SƏFƏROV MÖVZUSUNU İŞLƏYİB

DİA.AZ: - Ramil Səfərov mövzusu hələ də dünya mətbuatından çəkilmir. Belə ki, bu dəfə azərbaycanlı zabitin Macarıstandan ekstradisiya olunması mövzusunu Belçikanın məşhur «Knack» jurnalı işləyib və jurnaldakı məqalənin müəllifləri Azərbaycanla yanaşı, Macarıstan dövlət rəhbərliyinin ünvanına da çox sərt ittihamlar səsləndiriblər.

DİA.AZ bildirir ki, Ramil Səfərovla bağlı məqalədə müəlliflər Macarıstanın baş naziri Viktor Orbana qarşı absurd ittiham da səsləndiriblər. Belə ki, məqalə müəlliflərinin təxəyyülünə görə, guya Ramil Səfərovun ekstradisiya olunması Ermənistanda qıcıq yarada bilər və bununla da rəsmi İrəvan Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanıya bilər. Bu isə öz növbəsində yeni müharibə üçün zəmin rolunu oynaya bilər.

Belə bir məntiqi uzantı qoyan məqalə müəllifləri Macarıstanın baş naziri Viktor Orbanı və Macarıstanın xarici iqtisadi əlaqələr naziri Piter Siartonu çox ağır bir «cinayət» əməlində də suçlayırlar.

Daha sonra məqalədə Ramil Səfərovun ekstradisiya olunmasının bağlı qapılar arxasında verilən qərarla baş tutduğu iddia olunur və bildirilir ki, bunun müqabilində rəsmi Bakı Macarıstanın dövlət istiqrazlarını 3 milyard ABŞ dollarına almağa söz verib və məqalədə o da iddia olunur ki, iki dövlət arasında anlaşma bu ilin iyul ayında baş tutub.

Geri qayıt