Əsas Səhifə > Ölkə > ETİBAR PİRVERDİYEV FRANSIZ QƏSRİ TİKDİRİR
ETİBAR PİRVERDİYEV FRANSIZ QƏSRİ TİKDİRİR16-09-2012, 12:15 |
"AZƏRENERJİ" ŞEFİ OLQARXLARLA YARIŞA GİRİB DİA.AZ: - Oliqarx məmurların Bakı kəndlərini və Xəzər zolağını işğal etdiyi bəllidir. Həmin ərazilərdə bir-birlərinin acığına onlarla dəbdəbəli villa tikdirən məmurlar sonradan Azərbaycanın kurort zonalarını ələ keçirməyə başladılar. Məsələn, bu gün Qubanın Qəçreş kəndində məmurların villalarının sayı-hesabı yoxdur. Hamısı da bir-birindən dəbdəbəli. Burada nəqliyyat naziri Ziya Məmmədovun, "Azəryolservis"in rəhbəri, deputat Cavid Qurbanovun və digər məmurların villaları yan-yana düzülüb. DİA.AZ-ın “AzeriNews.org”a istinadən veridyi məlumata görə, hazırda Qəçreşdə yeni bir qəsr tikilir. Bu gün Qubada hamı həmin qəsrdən danışır. Qəsirin "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevə məxsus olduğu deyilir. Bu qəsr digərlərindən daha dəbdəbəlidir. Məlumatlara görə, Etibar Pirverdiyev ciddi-cəhdlə çalışır ki, yeni qəsr digər məmurların villalarını və qəsrərini kölgədə qoysun. Bundan əlavə məlumatlarda qeyd edilir ki, "Azərenerji" şefi həmin qəsiri Fransada olan məşhur qəsirlərdən birinə bənzətmək istəyir. Yeri gəlmişkən, əməkdaşmız haqqında danışılan həmin qəsirin şəklini çəkmək istəsə də, mühafizəçilər buna imkan verməyib. Amma qəsirin Etibar Pirverdiyevə məxsus olduğunu təsdiqləyiblər. Geri qayıt |