Əsas Səhifə > Güney Press / Manşet > FRANSIZ AKTYORA GÖRƏ QANUNLARA TÜPÜRDÜLƏR

FRANSIZ AKTYORA GÖRƏ QANUNLARA TÜPÜRDÜLƏR


11-09-2012, 16:53
FRANSIZ AKTYORA GÖRƏ QANUNLARA TÜPÜRDÜLƏR

JERAR DEPARDYE AZƏRBAYCANA HANSI ÜZLƏ GƏLİR?

DİA.AZ: - Fransanın dünyaca məşhur aktyoru Jerar Departye Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov bildirib ki, məşhur aktyorun ölkəmizə səfəri film çəkilişi ilə bağlıdır.

Fransa kino xadimləri tərəfindən “Aleksandr Duma Azərbaycanda” sənədli filminin çəkilişləri aparılır və Jerar Departye bu filmdə fransız aktyoru olaraq özünü oynayır. Filmin çəkilişləri Bakı ilə yanaşı, Azərbaycanın regionlarında da aparılacaq. Filmin çəkilişləri Aleksandr Dumanın Azərbaycandakı marşrutu üzrə həyata keçiriləcək. Səfər çərçivəsində fransız aktyorun bir sıra görüşlərinin keçiriləcəyi nəzərdə tutulur.

Jerar Departyenin də daxil olduğu filmin yaradıcı heyətinin Azərbaycana səfəri sentyabrın 15-də yekunlaşacaq. Həmin gün aktyorun və Fransadan gələn heyətin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.

Bu gün filmin çəkilişləri Bakı Caz Mərkəzində baş tutub. Filmin çəkiliş prosesində Azərbaycanın gənc cazmeni, əməkdar artist Emil Əfrasiyab da iştirak edib. Həmyerlimizin ifası fransız aktyorunun marağına səbəb olub və aktyor azərbaycanlı musiqiçiyə film üçün musiqi yazmağı təklif edib.

DİA.AZ bildirir ki, Jerar Depardye dünənə qədər ermənipərəst mövqeyi ilə diqqətə gəlib. Bu kimi hallarda aidiyyatı dövlət qurumları tərəfindən “qara siyahı” da hazırlanır və onların Azərbaycana buraxılması qadağan edilir. Amma göründüyü kimi, bu dəfə Jerar Depardye üçün istisna hal müəyyən olunub ki, bu da anlaşılan deyil.

Xatırladaq ki, Jerar Depardye “Armavi” erməni aviaşirkətinin reklam çarxına çəkilib və özü bu günlərdə qondarma erməni soyqırımına həsr olunmuş film çəkmək fikrinə də düşmüşdü.

Yeri gəldiyindən Jerar Depardyedən bir sitatı da xatırladırıq: “Ermənistanda olanda özümü erməni kimi hiss edirəm”. İndi özünüz dəyərləndirin, bu adam özünü Bakıda kim kimi hiss edir?

Geri qayıt