Əsas Səhifə > Cəmiyyət > DAHA BİR BAŞ REDAKTORA QARŞI İTTİHAM
DAHA BİR BAŞ REDAKTORA QARŞI İTTİHAM31-10-2011, 16:01 |
“7GUN.AZ”IN RƏHBƏRİ DƏ 10 MANAT ALMAQDA İTTİHAM EDİLİR Bu gün “7 gün.az” saytının təsisçisi və baş redaktoru Sabir Şirəliyev özünə və sayta olan təzyiqlərlə bağlı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) mətbuat konfransı keçirib. Ş.Şirəliyevin sözlərinə görə, sayt 2009-cu ildə yaradilıb. 2010-cu ildə Masallı rayon 71 saylı seçki dairəsindən deputatlığa namizədliyini verənə kimi özü və ya saytın hər hansı problemlə üzləşməyib. Deputatlığa namizədliyini verdikdən sonra öncə namizədliyini geri götürməsi üçün, sonra isə İctimai Palataya üzv olmaq istərkən təzyiqlərə məriz qalıb. Bu ilin əvvəlində hansısa vətəndaşın işə düzəlmək adı ilə ona 10 min manat pul verməsini iddia etdikdən sonra S.Şirəliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq) maddəsilə cinayət işi başlanıb. Bu işlə bağlı Masallı rayon sakini Rafiq Şahbazov adlı şəxs həbsə alınıb. S.Şirəliyev haqqında bəhs edilən şəxsdən pul almadığını deyib. Cinayət işilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19 və 20 saylı polis bölmələrində araşdırma aparılıb, cinayət işinə xitam verilib. Daha sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi araşdırma aparıb və adı çəkilən cinayət maddəsilə cinayət işi açılıb. Ötən şənbə günü S.Şirəliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi xəbərini alıb, amma qərar verilməyib. Onun fikrincə, yaxın günlərdə həmin qərar verilə bilər. Redaktor bildirib ki, məhkəmədə təqsirsiz olduğunu sübut edəcək. Eyni zamanda dələduzluq adı ilə həbsə alına bilməsini son vaxtlar saytın məmur özbaşınalığına qarşı mübarizəsi ilə əlaqələndirib, müstəqil mətbuat nümayəndələrini susdurmaq üçün seçilən üsul adlndırıb. Sayta haker hücumlarına toxunan redaktor bu hücumların son iki ayda intensiv xarakter aldığını deyib. Onun fikrincə, bu hücumlar saytın məmur özbaşınalığına qarşı mübarizəsindən irəli gəlir. Geri qayıt |