Əsas Səhifə > Güney Press / Manşet > ÖLKƏNİN BAŞ BANKİRİ OĞRULARLA ÜZ-ÜZƏ QALIB
ÖLKƏNİN BAŞ BANKİRİ OĞRULARLA ÜZ-ÜZƏ QALIB11-09-2012, 15:01 |
![]() DİA.AZ: - Redaksiyamıza Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov barədə ilginc məlumatlar daxil olub. Məlumata görə, Elman Rüstəmov bir neçə il əvvəl qalmaqallı “pul razborkası”na görə kriminal avtoritetlərlə üz-üzə gəlib. Elman Rüstəmovun başı üzərində qara kabusun dolaşmasının səbəbi isə baş bankirlə milliyyətcə gürcü olan bir biznesmen qadın arasında gedən 5 milyon dollar dava olub. Daxil olan məlumatlara görə, həmin qadınla Elman Rüstəmov ilk oncə tanış olublar. Yaranmış isti münasibətlər və qarşılıqlı inam nəticəsində tərəflər Azərbaycanda ortaq iş qurmaq qərarına gəliblər. Gürcü qadın Elman Rüstəmovla şərikli inşaat-tikinti biznesi qurmaq üçün baş bankirə 5 milyon dollar pul verib. Elman Rüstəmov isə bu istiqamətdə heç bir addım atmayıb. Bu halda gürcü qadın baş bankirdən pulunu tələb edib, amma nəticəsi olmayıb. Hətta biznesmen qadının baş bankirlə görüşməsi belə müşkülə çevrilib. DİA.AZ-ın “azerinews”-a istinadən verdiyi xəbərdə deyilir ki, gürcü qadın Azərbaycanda heç kəsin ona kömək edə bilməyəcəyini düşünərək problemin həlli üçün "Oğru dünyası"na müraciət edib. Gürcüstanın kriminal avtoritetləri dərhal işə başlayaraq Elman Rüstəmova çıxış əldə ediblər və baş bankirlə "Oğru dili"ndə danışıblar, Elman Rüstəmovdan pulu tezliklə qaytarmağı tələb ediblər. Əks təqdirdə isə baş bankir üçün yaxşı olmayacağını deyiblər. İşi belə görən baş bankir də kriminal aləmə müraciət etməli olub. Məlumata görə, Moskvadakı "Oğru"lardan biri məsələyə müdaxilə edib. Bakının restoranlarında birində "sıxodka" olub və Elman Rüstəmovun müraciət etdiyi "Oğru" pulu qaytarmaq üçün digər "Oğru"lardan vaxt ala bilib. Vaxt tamam olanda isə pul geri qaytarılmayıb. Gürcü qadın işi belə görərək milliyyətcə kürd olan gürcüstanlı "Oğru" "Ded Xasan" ləqəbli Aslan Usoyana müraciət edib. Aslan Usoyan "Yaponçik" ləqəbli Vyaçislav İvankovdan sonra kriminal aləmin ən nüfuzulu siması sayılır. Moskva kimi iri şəhərin "obşak"ına nəzarət edən, MDB üzrə bütün "Oğru"ların ağsaqqalı sayılan "Ded Xasan"ın işə qarışması Elman Rüstəmovu pis vəziyyətə salıb. Çünki ortada "Ded Xasan"nın adı olduğu üçün kriminal avtoritet baş bankirə kömək etməyib. Vəziyyətin daha da acınacaqlı hal aldığını görən baş bankir bu səfər Azərbaycanlı kriminal avtoritetlərdən olan Rövşən Caniyevə (Lənkaranski) müraciət edib. Ancaq bu müraciət də bir nəticə verməyib. Əksinə bu məsələ “Ded Xasan”la “Lənkaranski” arasında gərginliyə səbəb olub. Bundan sonra hər iki avtoritetin arasında soyuq münasibətlər baş qaldırıb. Digər tərəfdən məsələnin böyüməsi və Azərbaycanın hüquq-mühafizə orqanlarının baş verənlərdən xəbər tutması Elman Rüstəmovun vəziyyətini daha da ağırlaşdırıb. Hüquq-mühafizə orqanları dərhal dövlət başçısına bu barədə məruzə ediblər. Məlumata görə, məsələdən xəbərdar olan prezident İlham Əliyev hiddətlənib. Ona görə də güman edilir ki, 2013-cü il prezident seçkisinin qurbanlarından biri də Elman Rüstəmov olacaq. Geri qayıt |