Əsas Səhifə > Cəmiyyət > MƏMURLARIN TORPAQ İŞTAHASI

MƏMURLARIN TORPAQ İŞTAHASI


11-09-2012, 13:52
MƏMURLARIN TORPAQ İŞTAHASI

SAKİNLƏRİN PAY TORPAQLARI ZƏBT OLUNUB

DİA.AZ: - Sabirabad rayonunun Cavad kəndində sakinlərə məxsus pay torpaq sahələri yerli məmurlar və imkanlı şəxslər tərəfindən zəbt edilib. DİA.AZ bildirir ki, Cavad İşçi Qrupundan gozetci.az portalına verilən məlumatlara görə, 10-15 il öncə qeyd olunan kənddə torpaq sahələri kənd sakinlərinə paylanıb. Məlumatda bildirilir ki, həmin vaxt məmurlar məqsədli şəkildə kənd sakinlərinin əksəriyyətinə uzaq ərazidən torpaq sahələri veriblər.

Məlumatda deyilir ki, hazırda həmin ərazilərə su çətinliklə gedir: "Kənd sakinlərinə əkin üçün verilən pay torpaq sahələri uzaq olduğu üçün sakinlər həmin torpaq paylarından istifadə edə bilmirlər. Həmin ərazilərə suyun verilməsi də çəkinləşib. Bu da sakinlərə həmin ərazilərdə əkin əkmək üçün problemlər yaradır. Bu səbəbdən də sakinlərin əksəriyyəti pay torpaqlarından istifadə edə bilmirlər", - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, yaranmış bu vəziyyətdən istifadə edən yerli məmurlar və imkanlı şəxlər həmin əraziləri zəbt edərək orda tikililər tikdiriblər və mal, qoyun saxlatmaqla yanaşı həmin ərazilərdə əkin də əkdirirlər.
Cavad İşçi Qrupunun üzvləri məmurlar tərəfindən zəbt olunan həmin ərazilərdə olublar və orada şəkillər çəkərək müşahidələr aparıblar. İşçi qrupu bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcək.

Geri qayıt