Əsas Səhifə > Ölkə, Manşet > MİSİR MƏRDANOV TQDK SƏDRİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİB

MİSİR MƏRDANOV TQDK SƏDRİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİB


11-09-2012, 13:37
MİSİR MƏRDANOV TQDK SƏDRİNƏ QARŞI HƏRƏKƏTƏ KEÇİB

TƏHSİL NAZİRİ «TESTDƏKİ YANLIŞLIQLARI» «RASKRUTKA»YA BURAXIB

DİA.AZ: - Artıq bir neçə gündür ki, təhsil naziri Misir Mərdanovun adamları tələbə qəbulu prosesində təqdim olunan imtahan suallarını bitdə-bitdə gözdən keçirməkdə və tapdıqları yanlışlıqları ictimailəşdirməkdədirlər. DİA.AZ-a bu barədə məlumatı verən mənbə bildirir ki, göstəriş şəxsən nazirdən gəlib və hətta bu yöndəki təbliğat işləri məqsədilə mətbuata hətta «mükafat» da ayrılıb.

Qeyd edək ki, nə zamandır Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə təhsil sistemindəki nöqsanları və bu yöndə nazirliyin fəaliyyətsizliyini ifşa və tənqid etməkdədir. Bu səbəbdən də Misir Mərdanov səslənən iradları aradan qaldırmaq əvəzinə Məleykə Abbaszadəyə qarşı əks cəbhə açaraq prosesi qarşılıqlı ittihamlar müstəvisinə dartıb. Hətta fəaliyyətində daha da irəli gedən Misir Mərdanov TQDK sədrinin ünvanına yönəlik aşağılayıcı kampaniyadan belə çəkinməyib. Belə ki, bu yaxınlarda «Məleykə Abbaszadə ərə gedir» başlığı ilə mətbuata ötürülən dezinformasiyaların da arxasından Misir Mərdanovun boylandığı tam olaraq sübuta yetirildi.

İndi isə Misir Mərdanov əlinə gözəl bir fürsətin düşdüyünü zənn edərək TQDK sədrinin kölgəsini qılınclamaqdadır. Artıq bir neçə mətbu orqanının bu yöndəki fəaliyyəti təsbit olunub. Yəni Misir Mərdanovun adamlarından qaynaqlanan materiallar mətbuat səhifələrində görünməkdədir. Deməli, dava davam edir…

Geri qayıt