Əsas Səhifə > Siyasət, Manşet > 11 SENTYABR: İSLAM DÜNYASINI İŞĞAL BƏHANƏSİ

11 SENTYABR: İSLAM DÜNYASINI İŞĞAL BƏHANƏSİ


11-09-2012, 12:02
11 SENTYABR: İSLAM DÜNYASINI İŞĞAL BƏHANƏSİ

BU TARİXDƏN ETİBARƏN AMERİKA DƏHŞƏT SAÇAN PLANLARINA «HAQQ QAZANDI»

DİA.AZ: - Bu gün ABŞ-a müsəlman dünyasına hərbi həmlələr etməsi üçün bir bəhanə verən 11 sentyabr hadisələrinin 11-ci ildönümüdür. DİA.AZ bildirir ki, düz 11 il əvvəl ABŞ-da baş verən hadisələrin ardından Sovetlər Birliyinin dağılması ilə dünyanın təkbaşına qalmış bu nəhəngi İslam aləminə basqılara start verdi. Sanki bəşəriyyət 11 sentyabr hadisələrinin qəhrəmanı kimi təqdim olunan Üsamə Bin Ladenin zamanında ABŞ kəşfiyyatı tərəfindən yetişdirildiyini və son günlərinə qədər ABŞ dövlətinin himayəsi altında olduğunu unudubmuş.

Məhz 11 sentyabr olaylarından sonra Amerika müsəlman ölkələrinin başına bombalar yağdıraraq yeni XAÇLI YÜRÜŞÜNÜN təməlini atmış oldu. Bunun da nəticəsində İraq və Əfqanıstan xaçlılar tərəfindən işğal edildi. Minlərlə müsəlman təəssübkeşi ABŞ-a məxsus Quantanamo həbsxanasında olmazın işgəncələrini yaşadı. Milyonlarla müsəlmanın isə qanı axıdıldı və günü bu gün də axıdılmaqdadır.

Guya ki, Bin Ladenin sorağına çıxan Amerika bu yolunu başdan-başa qana qərq etdi və günü bu gün də eyni fəaliyyətini davam etdirməkdədir. Daha kimsə onun yaxasından tutub soracaq qədər deyil ki, sənin bir binan dağılıbsa, müsəlmanların dünyasını darmadağın etdin, bəs deyilmi?

Bəli, əslində Bin Ladenin də tapındığı vəhabiliyin hər zaman xristian dünyasının əlində İslam aləminə qarşı bir silah olması fikri mövcud olub. Günü bu gün də həmin vəhabilər xristianlar üçün bir alətdir. Zamanında vəhabiliyi Osmanlı İmperiyasının çökdürülməsi üçün uyduran xristian-mason ideoloqlar birliyi bu gün müsəlman ölkələrindəki sərvətləri də eyni alətlə talamaqla məşğuldurlar. Diqqət yetirin, vəhabilik yalnız müsəlman ölkələrində problemdir. Yəni əgər həqiqətən də bu təriqət daşıyıcıları İslama xidmət edirlərsə, nədən qeyri-müsəlmanların İslama dəvəti ilə məşğul deyillər və nədən yalnız müsəlman olan ölkələri hədəf kimi seçirlər… Bunun özü belə məsələnin nə yerdə olmasının tam sübutudur.

On bir il əvvəl baş verənlər isə vəhabiliyin üzərinə düşən əsas missiyalarının öhdəsindən gəlmələrini tam olaraq ortaya qoymuş oldu.

Başın sağ olsun, müsəlman aləmi…

Geri qayıt