Əsas Səhifə > Gündəm, Manşet > PREZİDENT SEÇKİLƏRİLƏ BAĞLI ŞOK HƏRƏKƏTLƏNMƏ

PREZİDENT SEÇKİLƏRİLƏ BAĞLI ŞOK HƏRƏKƏTLƏNMƏ


11-09-2012, 11:36
PREZİDENT SEÇKİLƏRİLƏ BAĞLI ŞOK HƏRƏKƏTLƏNMƏ

HAKİMİYYƏT YENƏ DƏ RUSİYALI POLİTTEXNOLOQLARA ÜSTÜNLÜK VERİR

DİA.AZ: - 2013-cü ilin gərgin atmosferdə müşaiyət olunacağı bəri başdan hiss olunmaqdadır. Artıq həm beynəlxalq qurumlarla və həm də daxildəki opponentləri ilə az qala intriqa həddində şiddət yaşayan YAP iqtidarı aşkar surətdə hiss etdirir ki, gələn il də mövqelərinin qorunması üçün bütün mümkün vasitələrdən istifadə etmək niyyətindədir.

Bunun əlaqədar DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynağın sözlərində də ehtiva olunur ki, rəsmi Bakı artıq bir neçə aydır, qarşıdan gələn prezident seçkiləri tədarükündədir: «Böyük bir plan hazırlanıb və bu plan üzrə hər kəsin üzərinə düşən vəzifələr müəyyən olunub. Hər dəfə planın dəyişməsi də anlaşılandır. Çünki həm beynəlxalq müstəvidə və həm də elə ölkə daxilində ictimai rəylər, münasibətlər yenilənir. Bu səbəbdən yeni plan ehtiyacı hər zaman var».

Mənbəmiz bildirir ki, bu dəfə də rusiyalı polittexnoloqlar məlum prosesin əsas ideya lokomotivi kimi çıxış edəcəklər: «Bu isə hakimiyyət içindəki rusiyameyilli qüvvələrin hələ də əsas cinahları məşğul etmələri ilə birbaşa bağlıdır. Və son baş verənlər də təsdiqlədi ki, Kreml Bakıya Vaşinqtonla münasibətdə tək coğrafi baxımdan deyil, həm də siyasi baxımdan dəfələrlə yaxındır».

Mənbəmiz bu arada ilginc faktları da açıqladı. Məlum olur ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı şok hərəkətlənmə qərarı da verilib: «İndidən yerli icra strukturlarının təlimatlandırılması prosesinə start verilib. Belə ki, icra strukturlarına az qala nəinki hər kənddə, hətta hər bir evdə işləmə tapşırığı verilib. Bu isə YAP iqtidarının seçkilərin nəticələrinə mümkün qədər az müdaxilə etmə istəyilə əlaqədardır».

Geri qayıt