Əsas Səhifə > Güney Press / Manşet > SƏHİYYƏ NAZİRİ ÖZ MÜAVİNİNƏ NİYƏ BATA BİLMİR?
SƏHİYYƏ NAZİRİ ÖZ MÜAVİNİNƏ NİYƏ BATA BİLMİR?10-09-2012, 16:37 |
![]() ELSEVƏR AĞAYEVİN SÖZÜ OQTAY ŞİRƏLİYEVİN SÖZÜNDƏN DƏ KƏSƏRLİDİR DİA.AZ: - Səhiyyə sistemində keçmiş nazir Əli İnsanovdan qalma yeganə nazir müavini kimi ad çıxaran Elsevər Ağayevin hakimiyyət içində kimlərə güvənməsi barədə bu günə qədər yetərincə yazılıb. Belə ki, özünə kürd qruplaşması içindən himayədar tapan Elsevər Ağayev hətta bu gün prezident İlham Əliyevin əmisi oğlu İlşar Əliyevə də meydan oxuyacaq qədərində özünü qüdrətli hiss edir. Belə ki, bu gün məhz Elsevər Ağayevin dəstək verdiyi, deputat Cavanşir Feyziyevə məxsus В«AvromedВ» şirkəti İlqar Əliyevə məxsus olan В«ReadFARMВ»ı dərman bazarında demək olar ki, tərkisilah edib. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, əlindəki administrativ rıçaqlar hesabına dərman bazarında favorit qüvvəyə çevrilən Elsevər Ağayev hətta В«AvromedВ»in biznes maraqları naminə digər dərman satan şirkətlərin idxal etdiyi keyfiyyətli dərman preparatlarını boykot etməkdən belə çəkinmir. Bu isə o deməkdir ki, Elsevər Ağayev özünün şəxsi qazancı yolunda Azərbaycan insanının sağlamlığını belə təhlükəyə atmaqdadır. Amma nə yazıq ki, Elsevər Ağayevə hələ də В«durВ» deyən tapılmır. Əksinə günü-gündən mövqelərni möhkəmlətməkdə olan nazir müavini ilə hətta səhiyyə naziri Oqtay Şirəliyevin da baş etmədiyi söylənilir. Redaksiyamıza bu barədə danışan bilgili qaynağın sözlərinə görə, Elsevər Ağayevlə bağlı bu günlərdə nazirlikdə qalmaqal yaşanıb: В«Bir neçə gün əvvəl Elsevər Ağayev Oqtay Şirəliyevin fəaliyyət göstərməsinə icazə verdiyi bir yeni klinikanın lisenziyasını ləğv edib. Bu məsələ nazir səviyyəsinə qədər çatsa da, yenə də Elsevər Ağayevin qərarı Oqtay Şirəliyevin imzasından daha da üstün olubВ». Mənbə iddia edir ki, Elsevər Ağayev bir daha sübut edib ki, Oqtay Şirəliyev onu vəzifəsindən ala bilməz: В«Çünki artıq bu adam zamanında Əli İnsanova göstərdiyi kassir xidmətini Oqtay Şirəliyevə göstərməkdədirВ». Geri qayıt |