Əsas Səhifə > Güney Press / Manşet > ZİYA MƏMMƏDOVA QARŞI CİNAYƏT İŞİ AÇILIR?
ZİYA MƏMMƏDOVA QARŞI CİNAYƏT İŞİ AÇILIR?10-09-2012, 16:17 |
![]() NN ŞEFİNİN ADI BEYNƏLXALQ QALMAQALDA DİA.AZ: - İranın xüsusi xidmət orqanları ilə gözəl münasibətləri olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun bu əlaqələri deyəsən, onun başına bəla olacaq. DİA.AZ-ın В«deltaВ» portalına istinadən verdiyi məlumatlardan belə aydın olur ki, İngiltərədə Ziya Məmmədova qarşı məhkəmə iddiası ilə çıxış etməyə hazırlaşan iş adamları var. Portalın yazdığına görə, Azərbaycanın nəqliyyat nazirinə qarşı hərəkətlənmənin əsas nədəni Ziya Məmmədovun fars-molla rejiminin xəfiyyə şəbəkəsi ilə olan iqtisadi əlaqələridir. Belə ki, Azərbaycanda 8 magistral yolun inşaasının podratının İrana aid şirkətlərə verilməsi zamanı azərbaycanlı nazir İngiltərə vətəndaşı olan və əslən Türkiyə türkü olan bir iş adamının hüquqlarını pozub. Maraqlıdır ki, həmin türkiyə əsilli sahibkarın adını açıqlamayan portal məlumatında vurğulayır ki, Ziya Məmmədova qarşı Qərbin qəzəbi İranla əlaqələrinin sıcaqlığıdır: В«Odur ki, azərbaycanlı nazir hədəf mərkəzindədir. Ona qarşı qaldırılan məhkəmə iddiası ilə cinayət işi də açıla bilərВ». Onu da qeyd edək ki, xəbərin dolğun mahiyyəti ilə əlaqədar DİA.AZ olaraq “delta” portalının electron ünvanına məktubla müraciət etmişik və səhih bilgiləri cavab aldıqdan sonar diqqətinizə çatdıracağıq. Geri qayıt |