Əsas Səhifə > Güney Press / Manşet > HEYİF… İSTANBULDA ERMƏNİ BAYRAĞI DALĞALANDI

HEYİF… İSTANBULDA ERMƏNİ BAYRAĞI DALĞALANDI


10-09-2012, 14:21
HEYİF… İSTANBULDA ERMƏNİ BAYRAĞI DALĞALANDI

DİA.AZ: - Məlum olduğu kimi bu gün İstanbulda keçirilən Dünya Şahmat Olimpiadasının son tur oyunları davam etməkdədir. DİA.AZ-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, erməni şahmatçıları 40-cı olimpiada yarışmasının son dörd olimpiadası üzərə 3-cü qızıl medallarını qazanıblar.

Məlumatda deyilir ki, bu münasibətlə İstanbulda erməni bayrağı dalğalanıb, Ermənistanın dövlət himni çalınıb. FİDE-nin prezidenti Kirsan İlyumcinov da qalib gələn erməni şahmatçılarını təbrik edib.

Hər halda, Türk Dünyasının ən qüdrətli ölkəsində düşmən Ermənistanın bayrağının hansısa səbəbdən dalğalanması heç də arzuolunan deyil. Amma nə etməli…

Geri qayıt