Əsas Səhifə > Siyasət, Manşet > RAYON İCRA BAŞÇISININ SEÇKİ PULUNU KƏSİBLƏR
RAYON İCRA BAŞÇISININ SEÇKİ PULUNU KƏSİBLƏR10-09-2012, 12:21 |
RAMİZ CƏBRAYILOV BURAXDIĞI HANSI YANLIŞININ QURBANI OLUR? DİA.AZ: - Bu günlərdə erməni işğalı altında olan Laçın rayonunun icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun başının cəncələ düşməsi ilə bağlı məlumatlar yayılmışdı. Xəbərlərdə qeyd olunurdu ki, rayon rəhbəri icra hakimiyyətinin nəzdində yaradılmış Xeyriyyə Fondunun vasitəsilə külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur. Məlumatlardan o da anlaşılırdı ki, Ramiz Cəbrayılovun bu yeyinti faktının üstünü «Kapitalbank»ın Laçın filialının sabiq rəhbəri açdığından, başçı da onu tutduğu vəzifəsindən azad etdirməyə müvəffəq olub. Bununla əlaqədar DİA.AZ-a daxil olan son informasiyalardan belə aydın olur ki, birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın fiqur kimi səciyyələndirilən Ramiz Cəbrayılov düşdüyü vəziyyətdən yaxasını qurtarmağa müvəffəq olub. Hökumət içindəki bilgili qaynağın söylədikləri: «Doğrudur, Ramiz Cəbrayılovun külli miqdarda pulu çıxıb. Amma «yuxarıdakı» himayədarlarının sayəsində o nəinki həbs təhlükəsindən canını xilas edib, hətta postunu da qorumağa müvəffəq olub». Mənbəmiz onu da bildirdi ki, amma bunun müqabilində Ramiz Cəbrayılov qarşıdan gələn prezident seçkilərində «tər tökməli» olacaq: «Məlumdur ki, hər seçki dövründə icra strukturlarına müəyyən məbləğdə «seçki pulu» ayrılır. Məhz bu dolaşıq işi səbəbindən Ramiz Cəbrayılov 2013-cü ili öz hesabına yola verməli olacaq». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |