Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOV KÖNÜLLÜ ŞƏKİLDƏ İSTEFA VERSƏ DƏ…

CAVİD QURBANOV KÖNÜLLÜ ŞƏKİLDƏ İSTEFA VERSƏ DƏ…


10-09-2012, 11:54
CAVİD QURBANOV KÖNÜLLÜ ŞƏKİLDƏ İSTEFA VERSƏ DƏ…

YENƏ DƏ BU GÜN DÜŞDÜYÜ GƏRGİNLİKDƏN CANINI QURTARA BİLMƏYƏCƏK

DİA.AZ: - Bir neçə gün əvvəl dini qruplaşmalarla əlaqədə olması səbəbindən sürücüsünün qaçdığı söylənilən «Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun başı dərddədir. Bu barədə məlumatı DİA.AZ-a ötürən Nazirlər Kabinetindəki bilgili qaynaq iddia edir ki, zaman-zaman yerli mətbuatda nazir Ziya Məmmədovla üz-üzə qoyulan ASC prezidenti hətta yaranmış gərginlikdə postunu belə itirə bilər.

Mənbənin söylədikləri: «Hətta Ziya Məmmədov da onu qurtarmaq iqtidarında deyil. Cavid Qurbanov sözün əsl mənasında ən gərgin anlarını yaşayır. Artıq ayrı-ayrı təzyiqçi ünvanlara pul verməkdən də yorulub. Təkcə son iki ay ərzində ASC prezidentinin 300 min manata yaxın «xərci» çıxıb. Amma bu da son deyil və bu da onu qurtarmayacaq».

Mənbəmiz iddia edir ki, sürücüsünün də bu şəkildə bədnam çıxması Cavid Qurbanovun özünü hədəfəi çevirib: «Belə ki, onun da İranın xüsusi xidmət orqanları ilə əlaqələri yoxlanılır və bu istiqamətdə də Cavid Qurbanov çox ciddi gərginlik yaşayır».

Məlumatlarda o da deyilir ki, artıq baş verənlərdən bezən Cavid Qurbanov hətta vəzifəsindən könüllü şəkildə getməyi də düşünür: «Amma bunun da çıxış yolu olmadığını bilir. Çünki vəzifəsini itirəcəyi təqdirdə onun hətta qollarının qandallanması belə mümkündür. Hazırda isə Cavid Qurbanov məhz vəzifəsinin sayəsində bir növ toxunulmaz qalır və vəziyyətdən sadəcə olaraq, pul gücünə çıxmaqdadır».

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt