Əsas Səhifə > Siyasət, Manşet > «BANK OF BAKU»DA BÖYÜK MALİYYƏ MAXİNASİYASI
«BANK OF BAKU»DA BÖYÜK MALİYYƏ MAXİNASİYASI10-09-2012, 11:08 |
MƏRKƏZİ BANKIN TƏFTİŞLƏRİNİN NƏTİCƏLƏRİ NƏDƏN GİZLƏDİLİR? DİA.AZ: - Artıq İranın xüsusi xidmət orqanları ilə bağlılığı şübhə doğurmayan və hətta bu yöndəki əlaqələri başında Culian Assancın dayandığı məşhur «WikiLeaks» təşkilatının açıqladığı və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dörsi tərəfindən Amerika Dövlət Departamentinə ünvanlanmış məxfi qrifli sənədlərdə də təsbit olunan «Bank of Baku» da deyəsən, «Royal Bank of Baku»nun aqibətini yaşamalı olacaq. Xatırladaq ki, bir müddət əvvəl «Royal Bank of Baku» özünü müflis elan etmək məcburiyyətində qaldı ki, burada da əslində İran faktorunun mühüm əhəmiyyət kəsb etdiyi şübhəsizdir. DİA.AZ-a bilgili qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, bu günlərdə Mərkəzi Bankın ekspertləri MB tərəfindən «Bank of Baku»ya ayrılan maliyyə vəsaitinin təyinatı üzərə yönəldilməsində ciddi maxinasiyalara yol verildiyini aşkarlayıb. Mənbənin söylədikləri: «Təftişlər nəticəsində müəyyən olunub ki, «Bank of Baku»nun ayrı-ayrı filiallarında külli miqdarda vəsait qeybə çəkilib və hətta MB-nin müfəttişlərinin həmin vəsaitlərlə bağlı sorğu-suallarının qarşılığında da «Bank of Baku»nun rəhbərliyi tərəfindən doğru-dürüst izahat verilməyib». Mənbəmiz bildirir ki, amma nədənsə bu məsələ günü bu gün də ört-basdır edilməkdədir: «Bu bankın İranla əlaqələri faktdır. Və o da faktdır ki, bu bankın xətti ilə Azərbaycan insanları talan edilir və əldə olunan vəsait, həmçinin İrandan ötürülən çirkli pulların yuyulmasından qazanılan gəlirlər fars-molla rejiminin Azərbaycandakı agenturasının maliyyələşdirilməsinə yönəldilir. Amma buna rəğmən hansısa «sirli qüvvələrin» himayəsi altında olan «Bank of Baku» hətta son olaydan da salamat çıxmağı bacarıb». Araşdırmalarımız davam edir. Bütün tərəfləri dinləməyə hazırıq. Bizi izləyin… Geri qayıt |