Əsas Səhifə > Gündəm, Manşet > ERMƏNİSTANLA MACARISTAN YENİDƏN ÜZ-ÜZƏ

ERMƏNİSTANLA MACARISTAN YENİDƏN ÜZ-ÜZƏ


10-09-2012, 10:53
ERMƏNİSTANLA MACARISTAN YENİDƏN ÜZ-ÜZƏ

BU DƏFƏ BÜTÜN TÜRK DÜNYASININ DUALARI MACARLARDAN YANA OLACAQ

DİA.AZ: - Bu gün Dünya Şahmat Olimpiadasının finalıdır. Maraqlıdır ki, finalda düşmən Ermənistanla bu günlərdə zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması haqda qərar çıxarmış Macarıstan üz-üzə gələcək. Təbii ki, bizim hansı komandaya qələbə arzuladığımız, hansı komandaya azarkeşlik edəcəyimiz bəllidir. Bir millət olaraq nəinki Azərbaycan türkləri, bütünlükdə olaraq dünya türkləri macar şahmatçıların qələbəsini o bir Allahdan diləyəcək, macarların qələbəsinə azarkeşlik edəcək.

DİA.AZ bildirir ki, Dünya Şahmat Olimpiadasının sabahkı axırıncı turu ilə bağlı erməni mətbuatı da mövqeyini açıqlayıb. «Paonrama» portalının yazarı Armen Minasyan bu məsələ ilə bağlı erməni xislətinə uyğun bir mövqe qoyaraq, əslində erməni mental dəyərlərinə aid olan eybəcərlikləri, xəstə mahiyyətini Azərbaycan türklərinin ayağına yazmağa çalışıb.

Erməni yazar iddia edir ki, guya biz Azərbaycan türkləri başdan-ayaca ermənilərə qarşı düşmənçilik, nifrət ruhu ilə köklənmişik. İnanın ki, Minasyanın yazdıqları həqiqət olsaydı, o zaman nəinki Azərbaycan torpaqlarında ermənilər ikinci dövlət yaratmağı ağıllarının ucundan belə keçirməzdilər, hətta indi Ermənistan adlanan dövlətin özü belə Azərbaycan torpaqlarında bərqərar olma fürsətini qazanmazdı.

Minasyan yazır ki, onlar bu günkü şahmat olimpiadasının sonuncu turunda macarlara qarşı heç də aqressiya nümayiş etdirməyəcəklər. Halbuki macarlar Ramil Səfərovu guya ki, haqsız olaraq azad ediblər.

Amma daha sonra Minasyan qəzəbli ola bilməyəcəklərinin əsl səbəbini də açır. Yəni məsələ heç də ermənilərin xoşgörülü millət olmalarında deyil. Halbuki Minasyan iddia edir ki, bu günkü final oyununda onlar macarlara Ermənistanla Azərbaycanın fərqini göstərəcəklər.

Əsl həqiqət isə belədir ki, macarların şahmat komandasının əsas oyunçusu olan Peter Leko Ermənistanın şahmat komandasının məşqçisi Arşak Petrosyanın kürəkənidir. Yəni arada qohumluq əlaqələrinin olması səbəbindən bu addımı atırlar. Daha Minasyanın iddia etdiyi kimi, ermənilərin tolerantlığının bu məsələyə aidiyyatı yoxdur.

Amma Peter Leko Arşak Minasyanın qızı ilə ər-arvad olduğu təqdirdə belə, biz macarlara azarkeşliyimizdən vaz keçməyəcəyik. Çünki elə ermənilərlə Azərbaycan türkünün fərqi də bundadır. Biz bizə doğru bir addım atana on dəfə təşəkkür etməyi bacaran millətik. Biz dəfələrlə yaxşılıq gördüyümüz millətin qanına susayanlardan deyilik. Ermənilər kimi…

Bu gün bütün Türk Dünyası macar şahmatçılara azarkeşlik üçün səfərbər olacaq. Allah köməkləri olsun…

Geri qayıt