Əsas Səhifə > Güney Press / Manşet > PREZDİENT SEÇKİSİ QABAĞI PUL TOPLAMA BUMU

PREZDİENT SEÇKİSİ QABAĞI PUL TOPLAMA BUMU


7-09-2012, 16:58
PREZDİENT SEÇKİSİ QABAĞI PUL TOPLAMA BUMU

YERLİ İCRA STRUKTURLARI TƏFTİŞƏ UĞRAYACAQ

DİA.AZ: - Rayon icra hakimiyyətlərində Prezident Administrasiyası tərəfindən yoxlamalar aparılacaq. Bu barədə məlumatı DİA.Az-a Nazirlər Kabinetindəki mənbə verib. Bildirilir ki, yoxlamalarda məqsəd vətəndaş şikayətlərinə diqqətin səviyyəsi və həmçinin məmur vətəndaş münasibətlərinin araşdırılmasıdır.

Xatırladaq ki, iki il əvvəl yerli icra strukturlarında məmurların etik qaydalara riayət edilməsi işi araşdırılmış və bununla bağlı rəsmi hesabatlar yayılmışdı. Mənbəmiz iddia edir ki, əslində nəzərdə tutulan yoxlamalar daha çox icra hakimiyyətlərinin işinin yaxşılaşdırılmasına xidmət etmir:

В«Burada əsas marağın maddi olduğu şübhəsizdir. Qarşıdan prezident seçkiləri gəlir. Yerli icra hakimiyyətlərinin hələ çox xərci çıxacaq. Bu prosesi də 2013-ün icra başçıları üçün hansı səviyyədə keçəcəyinin anonsu kimi qəbul etmək olarВ».

Geri qayıt