Əsas Səhifə > Güney Press / Manşet > BAKIDAKI İRAN MAFİYASININ ŞOK SİRRLƏRİ
BAKIDAKI İRAN MAFİYASININ ŞOK SİRRLƏRİ7-09-2012, 16:27 |
![]() В«BANK OF BAKU, В«HYUNDAİ AUTO AZERBAİJANВ» VƏ В«BAKU ELECTRONİCS»… DİA.AZ: - Rəsmi Bakının İranla münasibətlərinin hansı müstəvidə olması hər kəsə gün kimi aydındır. Hətta bu gün hansısa iranlı dövlət rəsmisinin Bakıya gələrək boğazdan yuxarı qardaşlıq tostları deməsi, İranda girov tutulan şairlərimizin azadlığa buraxılması belə fars-molla rejiminin Azərbaycan türkünə və onun dövlətinə qarşı müşahidə olunan dəyişməz siyasətinin dəyişməsində heç bir əhəmiyyətd daşımır. Yəni məlumdur ki, İran Azərbaycanı bir dövlət olaraq həzm edə bilmir və dəfələrlə fars-molla rejimi özünün düşmənçilik mövqeyini ən əlahiddə tribunalarından belə hiss etdirib. Əslində Bakıda da İrandan ötrü gözü axan yoxdur. Doğrudur, dünənə qədər fars-molla rejiminə yönəlik В«sizin dini inancınız da saxtadırВ» fikrinə müəlliflik edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov artıq fikrini dəyişdiyini göstərərək В«münasibətlər yoluna düşürВ» şəklində ifadələrə də müraciət etməyə başlayıb. Amma bunun özü belə rəsmi Bakının İrandan hansı məsafə qədərində ehtiyatlı dayanmasını gizlədə bilmir. Çünki Bakıda da yaxşı başa düşürlər ki, İrandan Azərbaycana nəinki qardaş, hətta bir santimetrlik məsafənin qətində yoldaş belə olmaz. Elə buna görə də rəsmi Bakı Azərbaycanda fəaliyyətdə olan İran xəfiyyəsinin qol-budağının kəsilməsi işindən günü bu gün də vaz keçməyib. Məsələn, son zamanlar arxivə göndərilən В«Royal BankВ»ın arxasında İranın qara iqtisadi qüvvələrinin dayanması hər kəsə məlumdur. Bu haqda hətta okeanın o tayında belə bilgilidirlər və bu barədə məşhur В«VikiLiksВ» təşkilatı çox samballı bilgiləri ifşa etmişdi. Buna görə də, öz işini ehtiyatlı tutmaq zorunda qalan Azərbaycan dövləti İran xəfiyyəsinə qarşı ciddi addımlarını davam etdirir. Amma o da yarımçıq kimi görünür. Bu barədə DİA.AZ-a məlumatı verən hökumət içindəki etibarlı mənbə bildirir ki, hakimiyyət içində çox nüfuzlu yerlərdə dayanan onlarla məmur var ki, bu gün İran kəşfiyyatından pul alır. Məhz onların sayəsində Azərbaycan dövləti adına fars-molla rejiminin ölkəmizdəki casus şəbəkəsinin belinin tamamən qırılması imkansız hala düşürВ». Mənbəmiz bildirdi ki, məsələn, bu gün İrandan ötürülən çirkli pulların əsas yuyulma mexanizmi kimi tanınan В«Bank of BakuВ» - В«Hyundai Auto AzerbaijanВ» - В«Baku ElectronicsВ» üçlü imperiyasına (hər üç şirkət əslən İrandan olan və İran xəfiyyəsinə bağlılığı şübhə doğurmayan məşhur Oromi ailəsinə aiddir -red.) qarşı hər hansı addımın atılması çətindir: В«Bu şəbəkənin yuxarıda ciddi himayədarı var və hər ay bu şəbəkə öz qazancının kifayət qədər ciddi hissəsini həmin himayədarı ilə bölüşür. Ona görə də dövlətin müvafiq qurumları həm də İranın Azərbaycandakı casus şəbəkəsinin maliyyə qaynağı kimi tanınan sözügedən üçlü imperiyanı çökdürmək iqtidarında deyil. Hər dəfəsində məlum himayədar qoruyucu mələk funksiyasını həyata keçirirВ». Bildirək ki, sözügedən üçlü şəbəkə və onun himayədarı ilə bağlı redaksiyamıza çox ciddi faktlar daxil olub. Araşdırmalarımız davam etdiyindən, onlarla bağlı daha dolğun bilgiləri yaxın günlərdə diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin… Murad TƏHMƏZOV DİA.AZ - ![]() Geri qayıt |