Əsas Səhifə > Siyasət, Manşet > JURNALİST NAZİR OĞLU İLƏ BAĞLI KİV-Ə MÜRACİƏT ETDİ
JURNALİST NAZİR OĞLU İLƏ BAĞLI KİV-Ə MÜRACİƏT ETDİ7-09-2012, 14:07 |
“ANAR MƏMMƏDOVUN PULLARINA ALDANIB, YALAN MƏLUMAT YAYMAYIN” DİA.AZ: - Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, «ZQAN» Holdinqin direktorlar şurasının sədri Anar Məmmədov bu ayın 4-də «Gündəm Xəbər» qəzetini 10 min manat cərimələtdirib. Bildirək ki, qəzet «Yevlax» Avtovağzalının sahibinin fikirlərini dərc etdiyinə görə, Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılovun qərarı ilə bu cəzaya layiq görülüb. Bununla əlaqədar DİA.AZ-a açıqlama verən qəzetin təsisçisi Şirin Cəfəri bildirdi ki, artıq onlar məhkəmə qərarından apellyasiya şikayəti verməyə hazırlaşırlar: «Biz haqlı olduğumuzu Azərbaycanda sübut etməyə çalışacağıq. Amma buna imkan verməsələr, Avropa İnsan Haqqları Məhkəməsinə qədər gedib çıxacağıq. Və görünəni odur ki, Anar Məmmədovun pullarının gücü ilə hərəkət edən vəkilləri buna imkan verməyəcəklər və biz də AİHM-ə üz tutmalı olacağıq». Şirin Cəfəri onu da bildirdi ki, bəzi media quruluşlarında Anar Məmmədov pul gücünə məhkəmə iclasının qərarı barədə öz marağına uyğun xəbər dərc etdirir: «Amma burada da yanlışlığa yol verir. Maraqlıdır ki, nədənsə pulla verilən xəbərlərdə reklam işarəsi göstərilmir. Artıq biz bu yöndə də araşdırma aparırıq». «Gündəm Xəbər»in təsisçisi onu da bildirdi ki, Anar Məmmədov puluna güvənirsə, o da mətbuatdakı həmkarlarına güvənir: «Bu adamın pullarına aldanıb, yalan məlumatları yaymayın». Geri qayıt |