Əsas Səhifə > Siyasət, Manşet > HAKİMİYYƏT DAXİLİNDƏ YENİ PUL “RAZBORKASI”
HAKİMİYYƏT DAXİLİNDƏ YENİ PUL “RAZBORKASI”7-09-2012, 12:28 |
DİASPORALARLA BAĞLI İŞƏ XƏRCLƏNƏN PULUN HESABI SORULACAQ DİA.AZ: - Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlar, nüfuzlu Avropa ölkələri ilə münasibətlərində və lobbi siyasətində ciddi dəyişiklər edir. DİA.AZ-ın bu barədə əldə etdiyi məlumata görə, bir müddət əvvəl hakimiyyətdə təmsil olunan əsas söz sahiblərinin, iqtidarın strategiyasını müəyyənləşdirən şəxslərin toplantısı olub. Həmin toplantıda ölkədəki vəziyyət, beynəlxalq aləmlə münasibətlər, gələcək planlar, prezident seçkilərinə qədər olan dövrdə və seçkidə atılacaq addımlarla bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, dünyada baş verən proseslər fonunda ölkədəki siyasi gərginlik arta bilər. Üstəlik də, beynəlxalq aləmin hakimiyyətə təzyilərinin artdığı bir vaxtda bu gərginlik pikk həddə çatması və gözlənilməz nəticələrlə müşayiət olunması da mümkündü. Xüsusi olaraq vurğulanıb ki, beynəlxalq qurumlarla, nüfuzlu dövlətlərlə mnasibətlər indiki formada davam eləsə 2013-cü ilin prezident seçkilərində hakimiyyətin xeyrinə olan nəticələrə beynəlxalq birlikdən legitimlik rəyi almaq çox çətin olacaq. Yaranmış vəziyyətə görə indiyədək hakimiyyətin beynəlxalq qurumlar və böyük dövlətlərlə, dünyanın nüfuzlu media quruluşları ilə münasibətlərinə məsul olan şəxslər ciddi tənqid olunub, birmənalı şəkildə həmin şəxslərin gördüyü işlər yarıtmaz fəaliyyət kimi qiymətləndirilib. Toplantıda iştirak edən çoxluğun əsas mövqeyi bundan ibarət olub ki, həmin şəxslərdən neçə ildi xərclənən külli miqdarda pulların hesabı soruşulsun və beynəlxalq aləmlə münasibətlər belə gərgin həddə gəlib çatdığına görə onlar haqqında cəza təbirləri görülsün. Məlumata görə, fəaliyyətindən narazı qalınan şəxslər arasında bir sıra səfirlər, Azərbaycanın beynəlxalq qurumlardakı təmsilçiləri, Xarici İşlər Nazirliyinin məsul işçiləri, bir sıra mərkəzlərin rəhbərləri, parlamentlərarası dostluq qruplarının rəhbərləri və üzvləri eləcə də digər məmurlar var. Müzakirələrin yekunu olaraq irəli sürülən təkliflər əsasında hakimiyyətin yeni lobbi siyasətinin müəyyənləşdirilməsi, bu işə böyük pulların ayrılması qərara alınıb və buna məsul olan yeni komanda formalaşdırılıb. Həmin komanda qarşısında nüfuzlu beynəlxalq qurumlarla, böyük dövlətlərlə hakimiyyətin münasibətinin normallaşdırılması, dünyanın nüfuzlu media quruluşlarına yol tapılması vəzifəsi qoyulub. İlkin mərhələdə bu işlərin əsasən Avropa qurumları və dövlətləri ilə aparılması nəzərdə tutulur. Dünyanın super dövləti Amerika prezident seçkiləri ərəfəsində olduğundan ABŞ-la münasibətlərin düzəldilməsi istiqamətində addımların sonrakı mərhələlərdə atılması planlaşdırılır. Geri qayıt |