Əsas Səhifə > Gündəm, Manşet > TƏRTƏRDƏ QEYRi-ADİ HƏRBİ ÇAĞIRIŞ MAXİNASİYASI

TƏRTƏRDƏ QEYRi-ADİ HƏRBİ ÇAĞIRIŞ MAXİNASİYASI


7-09-2012, 12:03
TƏRTƏRDƏ QEYRi-ADİ HƏRBİ ÇAĞIRIŞ MAXİNASİYASI

RƏİS RZA RÜSTƏMOV SƏLAHİYYƏTLƏRİNDƏN NECƏ İSTİFADƏ EDİR

DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsində rüşvətxorluq və korrupsiya kuliminasiya həddinə çatıb. Hər halda bir sahənin nəzarətsiz buraxılması enində-sonunda eybəcər bir mənzərə ilə yekunlaşmalıdır. Bu barədə DİA.AZ-a Tərtərdən daxil olan şikayət məktubunda da deyilir ki, rayonda hərbi çağırış sistemi özəl qanunlarla idarə olunur və burada şəxsi maraqlar dövlətin qanunlarından üstün tutulmaqdadır.

Məlumatda bildirilir ki, dövlət xidmətinin rəhbəri Rza Rüstəmovun fəlaiyyətində ciddi qanun pozuntuları və nöqsanlar var. Belə ki, o, bir neçə ildir ki, dövlət xidmətini şəxsi mülkiyyəti kimi idarə edir.

Şikayətçi bildirir ki, Rza Rüstəmov səlahiyyətlərindən istifadə edərək sağlam gəncləri orduya getməkdən yayındırır. Buna görə, o, müəyyən dairələri də razı salır. Onun sözlərinə görə, dövlət xidmətini rəisi müvafiq işləri həyata keçirən həkim komissiyasının əli ilə istədiyi gənci xəstə adı ilə ordudan yayındıra bilir. Bununla yanaşı, R.Rüstəmovun daha yuxarı strukturlarda da məsul vəzifə tutan qohumları olduğundan, onun yol verdiyi qanunsuzluqlara qarşı heç kəs çıxmağa cəsarət etmir.

Şikayətçi onu da bildirir ki, R.Rüstəmovun gəlir mənbəyi təkcə bununla məhdudlaşmır. O, əsgərlərin ordudakı hərbi hissələrə yerləşdirilməsi prosesinə də müdaxilə edə bilir və istədiyi şəxsi istənilən hərbi hissəyə göndərə bilir. Bu işdə isə ona məzh nazirlikdə müəyyən mövqe tutan dostları və qohumları yardım edirlər. Mövzu diqqətimizdə olacaq.

Geri qayıt