Əsas Səhifə > Güney Press / Manşet > NAZİR OĞLUNU HANSI POSTA HAZIRLAYIR?
NAZİR OĞLUNU HANSI POSTA HAZIRLAYIR?6-09-2012, 16:09 |
![]() ZİYA MƏMMƏDOVUN MADAR OĞLU QƏZETLƏRİN QƏNİMİNƏ ÇEVRİLİB DİA.AZ: - Artıq Azərbaycanda bir yeni senzura formalaşıb. Yox, söhbət rəsmi senzuranın ləğv edilməsindən sonra mətbuata qarşı artan təzyiqlərin fonunda jurnalistlərin В«öz içlərindəВ» yaranan В«senzuraВ» adlı ehtiyatlanma hissindən getmir. Söhbət bu gün jurnalistlər arasında В«qəzetlərin qənimiВ» kimi tanınan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan gedir. Məhkəmələrə aid statistik göstəriciləri araşdırsaq görərik ki, bu gün Anar Məmmədovdan çox KİV-ləri məhkəməyə verən birisi yoxdur. Elə bir şərait yaranıb ki, sən demə, bu ölkənin ən şərəfli və ən ləyaqətli insanı elə Anar Məmmədov imiş. Çünki nazir oğlunun bütün məhkəmə iddialarının qarşılığında В«ləbbeykВ» deyən hakimlər mətbu orqanların qətlinə fərman verirmiş kimi bir-birinin ardından cərimə qərarları çıxarmaqdadırlar. Sonuncu dəfə isə В«Gündəm XəbərВ» qəzeti belə bir qərarla cərimələndi. Anar Məmmədov başqasının fikirlərinə görə В«Gündəm XəbərВ» qəzetini Yasamal rayon məhkəməsində 10 min manat cərimələtdi. Daha hakimin ağlına da gəlmədi ki, iddiaçı tərəfdən В«ay balam, axı bu fikirlərin məsuliyyət yükü bir başqasının çiyinlərindədir, qəzetdən nə istəyirsinizВ» deyə soruşsun… Bəlkə də ağlına gəlmişdi, sadəcə olaraq cəsarət edib soruşan olmadı. Çünki bu gün Anar Məmmədov mətbuatı məhv etmə kimi bir missiya ilə yüklənib. В«AzadlıqВ» və В«Yeni MüsavatВ» qəzetləri ilə də В«ayı işiВ»ni məhkəmədə çəkişən Anar Məmmədov ayı əti yemədiyinin yeganə sübutu kimi məhkəmə yolunu görürsə, artıq bu adamın tamam fərqli bir missiya ilə yüklənməsindən danışmaq zorundayıq. Məsələn, bəziləri deyir ki, Anar Məmmədov atası tərəfindən öz yerinə, biriləri deyir ki, baş nazir postuna, hətta biriləri də deyir ki, prezident kürsüsünə hazırlanır. Hər şey ola bilər… Vallah, artıq bu ölkədə bir nazirin madar oğlunun bu şəkildə qəzetləri qılıncından keçirəcək qədərində əlahiddə olması fonunda istənilən bir qeyri-adiliyə də tam tədarüklüyük. Olsun, amma… Amması odur ki, Ziya Məmmədov oğlunu məhkəmə yolu ilə cəmiyyətdə sübut etmək əvəzinə oğlunun rəhbərlik etdiyi sərnişindaşıma şirkətlərinin sürücülərinin yollardakı qətliamlarına bir əl gəzdirsəydi, daha doğrusunu etmiş olardı. Nə olar ki, bir dəfə də cəmiyyətin rəğbətini qazanaraq etimada layiq görülsəniz… Etimadın qazanılması üçün məhkəmə yolu yeganə olanı deyil axı… Səbuhi - DİA.AZ Geri qayıt |