Əsas Səhifə > Ölkə > BAŞ DYP-Çİ PREZİDENTƏ QARŞI GEDİR?
BAŞ DYP-Çİ PREZİDENTƏ QARŞI GEDİR?6-09-2012, 15:37 |
RAMİZ ZEYNALOVUN ÖZÜNƏMƏXSUS EHTİYYAT TƏDBİRLƏRİ Bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun “Azərbaycan” qəzetinə müsahibəsində “Hələ də aramızda xidməti fəaliyyətlə bir araya sığmayan əməllər törədən əməkdaşlar var” etirafı DYP-də baş verən korupsiya hallarının olduğunu bir daha təsdiq etmiş oldu. Bu gün isə daxil olan məlumatlarda bildirilir ki, yol polisində səngiməyən rüşvət və korrupsiya hallarının olması və qurumun adının mütəmadi olaraq mətbuatda mənfi istiqamətdə hallanması Ramiz Zeynalovu yenidən hədəfə gətirib. Mənbənin sözlərinə görə, prezidentin antikorrupsiya tədbirlərinə kölgə salan Dövlət Yol Polisində baş verən özbaşınalıqlar R.Zeynalovun vəzifədən götürülməsi ilə nəticələnə bilər. Elə bu baxımdan da artıq Ramiz Zeynalov bir sıra ehtiyyat tədbirləri görməyə başlayıb. Mənbənin bildirdiyinə görə, DYP şefi son zamanlar bir sıra qəzet səhifələrində özünün tərif dolu təbliğatını aparmaqdadır: “Bu gün bəzi mətbuat işçiləri ilə DYP rəhbərliyi isti münasibətlər qurub. Bunun müqabilində isə DYP şefi həmin şəxslərə “prava” və bahalı nömrələrin pulsuz verilməsinə göz yumur. Bu cür qəzetlərin vasitəsilə Ramiz Zeynalov özünü bir növ “sığortalayır”. Bir sözlə Ramiz Zeynalovun bu “jesti”nin arxasında gizli sövdələşmələr dayanır”. Bundan əlavə mənbə bildirir ki, bunlara baxmayaraq yol polisində rüşvət halların geniş yayılması artıq hakimiyyəti bu sahə ilə bağlı mövqeyini qətiləşdirib: “Prezident İlham Əliyev Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinə start verəndə bu prosesə ilk və ən böyük dəstək verənlərəndən biri Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov oldu. Nazirin xüsusi tapşırığı ilə daxili işlər orqanlarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qısa müddətdə ciddi effekt verdi. Lakin, dövlət yol polisi sistemində mütəmadi olaraq yaşanan rüşvət halları şübhəsiz ki, bu prosesə kölgə salır və bunun nəticəsidir ki, hər il daxili işlər orqanlarından qovulanlar sırasında DYP əməkdaşları “xüsusi çəki”yə malikdirlər. Buna görə də Ramiz Zeynaolov bir sıra media nümayəndələri ilə münasibətlərini quraraq DYP-də baş verən rüşəvt və korrupsiya hallarının ölkə mətbuatında yer almasının qarşısını almaq niyyətindədir”. \ “AzeriNews.org” \ Geri qayıt |