Əsas Səhifə > Sosial, Manşet > İRAN AZƏRBAYCANI YENƏ DƏ TƏHDİD EDİR

İRAN AZƏRBAYCANI YENƏ DƏ TƏHDİD EDİR


6-09-2012, 15:08
İRAN AZƏRBAYCANI YENƏ DƏ TƏHDİD EDİR

FARS-MOLLA REJİMİ ÖLKƏMİZƏ QARŞI KƏŞFİYYAT İŞLƏRİNİ GÜCLƏNDİRİR

DİA.AZ: - İran hələ də Azərbaycana qarşı düşmən mövqeyini nümayiş etdirməyindədir. Girov şairlərimizi azad etməsi ilə öz aləmində bir diplomatik jest nümayiş etdirdiyini zənn edən fars-molla rejimi digər yandan da ölkəmizdə etnik separatizmi körükləməkdədir.

DİA.AZ-ın apardığı müşahidələrdən aydın olur ki, İrana ai dayrı-ayrı xəbər portallarında hazırda həbsdə saxlanılan «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov az qala bir qəhrəman kimi təbliğ olunur və guya ki, o, milli haqqlarını tələb etməsi səbəbindən həbsdə saxlanılır.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, «Avroviziya-2012» mahnı yarışması ərəfəsində Azərbaycanda qarışıqlıq salma niyyəti pozulan rəsmi Tehran indii də bölgələrimizdə Azərbaycan dövlətinin maraqlarına zidd kəşfiyyat işləri həyata keçirməkdədir: «Artıq rəsmi Bakının bütün bu baş verənlərdən xəbəri var və yaxın günlərdə İranın Azərbaycandakı agenturasına ciddi zərbə vurulacaq».

Geri qayıt