Əsas Səhifə > Siyasət, Manşet > XƏTAİNİN İCRA BAŞÇISI: «MƏNƏ SÖZ DEYƏ BİLMƏZLƏR»

XƏTAİNİN İCRA BAŞÇISI: «MƏNƏ SÖZ DEYƏ BİLMƏZLƏR»


6-09-2012, 14:03
XƏTAİNİN İCRA BAŞÇISI: «MƏNƏ SÖZ DEYƏ BİLMƏZLƏR»

RAZİM MƏMMƏDOV YUXARIDA KİMLƏRƏ GÜVƏNİR Kİ, BELƏ DANIŞIR?

DİA.AZ: - Redaksiyamıza Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovla bağlı ilginc faktlar daxil olub. Xatırladaq ki, adı «GENN» MMC ilə bağlı yaranmış qalmaqalda vətəndaşların mülkiyyət hüququnu pozan tərəf kimi hallandırılan və hətta bu prosesdə külli miqdarda pulu ələ keçirdiyi iddia olunan Razim Məmmədovun məhz bu kimi səbəblərdən görəvindən alınaraq, cəzalandırılacağı deyilsə də, hələ də toxunulmaz olaraq qalmaqdadır.

DİA.AZ-a müraciət edən bir qrup Xətai rayon sakini isə bildirib ki, bu günlərdə icra başçısına onlar şikayətlərini çatdırmaq istəsələr də, buna nail ola bilməyiblər: «Neçə müddətdir ki, başçının qapılarında qalmışıq və dərdimizi dinləyən yoxdur. Biz də fürsəti gözləyib, onun icra hakimiyyətinin binasına daxil olduğu annı gözlədik. Başçının yolunu kəsib birtəhər sözümüzü ona çatdırsaq da, bizi eşitməməzliyə vurdu. Biz də etiraz etdik və bildirdik ki, ondan prezident aparatına şikayət edəcəyik. Əvəzində bizə dedi ki, ona kimsə söz deyə bilməz».

Hər halda, bu vaxta qədər toxunulmaz qalan Razim Məmmədovun bu ifadəni işlədib-işlətmədiyini dəqiq bilmirik. Lakin özünü Vasif Quliyev kimi təqdim edən Xətai rayon sakini baş verənlərin həqiqət olduğunu bildirməklə yanaşı, onu da vurğuladı ki, artıq başlarına açılani oyunlarla əlaqədar aidiyyatı üst qurumlara da müraciət edəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt