Əsas Səhifə > Gündəm, Manşet > MSK SƏDRİ QOHUMUNU MƏHKƏMƏ SƏDRİ EDƏCƏK

MSK SƏDRİ QOHUMUNU MƏHKƏMƏ SƏDRİ EDƏCƏK


6-09-2012, 13:32
MSK SƏDRİ QOHUMUNU MƏHKƏMƏ SƏDRİ EDƏCƏK

RƏŞAD HƏSƏNOV QƏZADA DÜNYASINI DƏYİŞƏN MƏRHUMUN YERİNƏ GƏTİRİLİR

DİA.AZ: - Məlum olduğu kimi, iki gün əvvəl Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Qeyd edək ki, Sahil qəsəbəsində “Trans Qeyt” MMC şirkətinə məxsus, Sahil qəsəbə sakini Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 10 TF 541 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Abbasov Qasid Ziyad oğlunun idarə etdiyi “Hyundai” markalı 90 DN 045 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini Ağayev İlham Barat oğlu ölüb, digər sərnişin Abbasova Gülnarə Güləli qızı isə yaralanıb. Qeyd edək ki, Q. Abbasov Sahil qəsəbəsi icra nümayəndəsinin müavini, İ. Ağayev isə Xəzər rayon Məhkəməsinin sədridir.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq bəziləri mərhum məhkəmə sədrinin yeri uğrunda mübarizəyə başlayıblar və onların arasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da var. Bu barədə məlumatı verən ədliyyə sistemindəki qaynağımız iddia edir ki, Məzahir Pənahov öz bacısı oğlunu İlham Ağayevin yerinə gətirmək istəyir.

Bildirək ki, Məzahir Pənahovun bacısı oğlu Rəşad Həsənov 2007-ci ildən Xəzər rayonu məhkəməsində işləyir. Mənbəmizin sözlərinə görə, artıq Rəşad Həsənovun mərhum məhkəmə sədrinin yerinə gətirilməsi üçün MSK sədri bütün gərəkən addımları atıb. Yəni yaxın günlərdə o, istədiyi qərarı əldə edə biləcək.

Geri qayıt