Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOV İSTEFAYA MƏCBUR EDİLƏ BİLƏR

ZİYA MƏMMƏDOV İSTEFAYA MƏCBUR EDİLƏ BİLƏR


6-09-2012, 12:37
ZİYA MƏMMƏDOV İSTEFAYA MƏCBUR EDİLƏ BİLƏR

NN ŞEFİNİN RƏQİBLƏRİ BU İSTİQAMƏTDƏKİ ÇABALARINI ARTIRMAQDADIR

DİA.AZ: - Son zamanlar nəqliyyat naziri Ziya Məmmədova qarşı ciddi bir kampaniya starnt götürüb. Maraqlıdır ki, ayrı-ayrı məmurların nəzarəti altında olan KİV-lər bu kampaniyada xüsusi canfəşanlıq edirlər. Təbii ki, bu əsnada daha çox diqqətçəkəni fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyası altında olan mətbuatın çabalarıdır.

Doğrudur, Ziya Məmmədov rəqiblərinin üzərinə yeriməsi üçün yetərincə əsas yaradıb. Məsələn, nazirə məxsus sərnişindaşıma şirkətlərinin sürücülərinin son günlərdə artan qəzaları da bu istiqamətdəki özbaşınalıqlardan və cəzasızlıqdan xəbər verir ki, bunun da əsas günahkarı məhz Ziya Məmmədovdur. Çünki mətbuatda dəfələrlə Ziya Məmmədova yaxın şirkətlərin avtobus və taksi sürücülərinin hətta yol hərəkəti qaydalarına məhəl qoymamaları ilə bağlı tənqidi materiallar yer alsa da, bu məsələ NN rəhbərliyi tərəfindən hər zaman qulaqardına vurulub. Qaradağ rayonu ərazisində baş verən son iki qəza isə bu məsələni NN şefinin mətbu menyusuna yenidən düşürmüş oldu.

Amma təbii ki, burada məsələ heç də mövcud problemin həllinə nail olmaq yox, məhz Ziya Məmmədovun mövqelərini sarsıtmaqdan ibarətdir. Bununla əlaqədar DİA.AZ-a Nazirlər Kabinetindəki bilgili qaynaqlardan ötürülən informasiyada deyilir ki, Ziya Məmmədovun rəqibləri sentyabr ayının sonlarına yaxın NN şefinə qarşı yeni hücum kampaniyasına start vermək fikrindədirlər: «Hər şey prezident seçkilərinə hazırlanır. Və elə bir mərhələ yetişdirilə bilər ki, Ziya Məmmədov şəxsən istefa vermək zorunda qala bilər. Doğrudur, bu çağacan bel bir siyasi ənənə müşahidə olunmayıb. Amma 2005-ci ilin 17 oktyabr hadisələrinə qədər kim deyərdi ki, hansısa naziri kabinetindəcə həbs edə bilərlər. Odur ki, buna da hazır olmalıyıq».

Geri qayıt