Əsas Səhifə > Güney Press / Manşet > В«AZADLIQВ» QƏZETİ PA-DA MÜZAKİRƏ OLUNUB
В«AZADLIQВ» QƏZETİ PA-DA MÜZAKİRƏ OLUNUB5-09-2012, 16:46 |
![]() HAKİMİYYƏTDƏ MƏXFİ MƏTBUAT SÖHBƏTİ DİA.AZ: - Mərhum prezident Heydər Əliyev bir zamanlar В«mən В«AzadlıqВ» qəzetinin daimi oxucusuyam, bu qəzeti bağlanmağa qoymaq olmazВ» fikrini söyləmişdi. Xatırladaq ki, həmin ərəfədə də В«AzadlıqВ» qəzetinin bağlanma təhlükəsi var idi. Və elə indinin özündə də var. Məlumdur ki, qəzetə redaksiyasının yerləşdiyi və nəşr olunduğu В«AzərbaycanВ» Dövlət Nəşriyyatı tərəfindən bir həftəlik müddət tanınıb. Ki, qəzet nəşriyyata olan borcunu ödəsin. В«AzadlıqВ»dan isə nəşriyyata yığılan 14 min manatlıq çap pulu, 12 min manatlıq kommunal borcun səbəbi kimi isə bu gün Prezident Administrasiyası tərəfindən hədəfə alınan və başında YAP-çı deputat Mirkazım Kazımovun dayandığı В«QasidВ» Mətbuat yayımı firmasının redaksiyaya olan 32 min dollarlıq borcunun olması göstərilir. Yəni redaksiya pulunu ala bilmədiyindən bu qədər borclanıb. Deyəsən, bu məsələ artıq iqtidar düşərgəsi üçün də müzakirə mövzusuna çevrilib. Bununla bağlı DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən məlumatda deyilir ki, bu gün Prezident Administrasiyasında В«AzadlıqВ» qəzetinin üzləşdiyi problem müzakirə olunub: В«Müzakirə В«yuxarılarınВ» təlimatı əsasında aparılıb və qəzetin üzləşdiyi problemlərdən çıxa bilməsi üçün şəraitin yaradılması üçün qeyri-rəsmi tapşırıq verilibВ». Hər halda, hər gün öz səhifələrində hökumət dairələrini sərt formada tənqid edən bir mətbu orqana hakimiyyətin belə bir reaksiya verməsi inandırıcı görünməsə də, mənbəmiz israrla bildirdi ki, В«AzadlıqВ» qəzeti nəşrini dayandırmayacaq və qəzetlə В«AzərbaycanВ» nəşriyyatı arasında bir uzlaşma yolu tapılacaq. Geri qayıt |