Əsas Səhifə > Gündəm, Manşet > ƏYALƏTDƏ ERKƏN PREZİDENT SEÇKİSİ TƏDARÜKÜ
ƏYALƏTDƏ ERKƏN PREZİDENT SEÇKİSİ TƏDARÜKÜ5-09-2012, 12:53 |
DEYƏSƏN, ALI QOCAYEV ÖZÜNÜ SAMUXDA SÜBUT ETMƏK FİKRİNƏ DÜŞÜB DİA.AZ: - Binəqədi rayonundan Samuxa «sürgün» olunan Alı Qocayev bəzi YAP funksionerlərinin «biz prezident seçkiləri ilə bağlı kampaniyaya start vermişik» açıqlamasını əldə rəhbər tutaraq indidən 2013-cü il seçkilərinə tədarük görmək fikrinə düşüb. Bu barədə DİA.AZ-a Samuxdakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, rayonun icra başçısı hələ Samuxa yaxşı bələd olmadığından yerli müxalifətçilərin siyahısının yenidən tutulmasını tələb edib. Xatırladaq ki, anoloji prosesə Samuxun keçmiş icra başçısı, hazırda İmişliyə rəhbərlik edən Vilyam Hacıyev də start vermişdi. Redaksiyamıza daxil olan informasiyalardan isə aydın olur ki, hər bir icra hakimiyyətində yerli müxalifətçilərin bir neçə növə bölündüyü siyahılar mövcuddur: «Həmin siyahılarda müxalifətçilərin klassifikasiyası zamanı onlar üç qruppa bölünüblər: yerli hakimiyyətlə əməkdaşlıq edən, passiv və radikal»… Mənbəmiz bildirir ki, Vilyam Hacıyevdən qalma siyahının artıq köhnəldiyini düşünən Alı Qocayev qarşıdan gələn prezident seçkilərində hansı addımları atacağını indidən müəyyən etməyə başlayıb və artıq «yerli hakimiyyətlə əməkdaşlıq edən» kateqoriyasına aid bir neçə qondarma müxalifi İH-nə çağırtdıraraq onlara seçkilərlə bağlı təlimatlarını da çatdırıb. Onu da bildirək ki, mənbəmiz başçının bu addımlarını “yuxarılara” xoş görünmə istəyi ilə əlaqələndiriblər: “Alı Qocayev nüfuzdan düşüb ki, onu Samuxa “sürgün” etdilər. Indi isə onun təkrar etimad qazanmağa ehtiyacı var”. Geri qayıt |