Əsas Səhifə > Gündəm, Manşet > NEFT ŞİRKƏTİNİN YDM-LƏRİNDƏ ÖZBAŞINALIQ

NEFT ŞİRKƏTİNİN YDM-LƏRİNDƏ ÖZBAŞINALIQ


5-09-2012, 12:12
NEFT ŞİRKƏTİNİN YDM-LƏRİNDƏ ÖZBAŞINALIQ

«AZPETROL»UN YERİNİ TUTAN «SOCAR»LAR EYNİ ETİMADI QAZANA BİLMƏYİB

DİA.AZ: - 2005-ci ilin 17 Oktyabr hadisələrindən sonra qardaşı, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birgə həbs olunan «Azpetrol» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin bəlli aqibəti sözügedən neft şirkətinə məxsus yanacaqdoldurma məntəqələrinin də başqalarının əlinə keçməsinə nədən oldu.

Xatırladaq ki, bu barədə məşhur «Vikiliks» təşkilatının açıqladığı sənədlərdə də qeyd olunurdu ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerika Dövlət Departamentinə ünvanlanan məxfi qrifli sənəddə həm Əli İnsanovun və həm də Fərhad və Rafiq Əliyevlərin varidatlarının ayrı-ayrı məmurlar tərəfindən talandığı vurğulanırdı. Həmin talan zamanı «Azpetrol» da ələ keçirildi və bununla da bir zamanlar sürücülərin böyük etimadla yanaşdığı «Azpetrol»un yanacaqdoldurma məntəqələrinin çöküşü dövrü başladı.

Amma rəsmi Bakı həmin YDM-lərin yerin alternativləri təklif etsə də, hələ də bu yöndə ciddi bir nailiyyət müşahidə olunmur. Keçən ilin əvvəllərindən etibarən YDM şəbkəsi yaratmağa başlayan Dövlət Neft Şirkətinin özü belə eyni keyfiyyəti təqdim etməkdə acizdir. Əslində bu da anlaşılandır. Çünki daha çox pul qazanma istəyi «SOCAR» YDM-lərində əsas prioritet hesab olunduğundan, bazar uğrunda rəqabət marağı sıfır həddindədir. Həm də administrativ rıçaqlara söykənən biznes strukturunun hansısa normal rəqabət hisslərinə yönəlik addımlar atması da gözlənilən deyil.

Elə bu gün «SOCAR»ın YDM-lərində müşahidə olunan özbaşınalıq da belə deməyə əsas yaradır. DİA.AZ olaraq dəfələrlə Rövnəq Abdullayevin rəhbəri olduğu şirkətin YDM-lərindəki özbaşınalıqlardan yazmışıq. Bu dəfə də redaksiyamıza şikayət edən narazı vətəndaşlardan birinin sözlərindən belə aydın olur ki, Rövnəq Abdullayevin məhkəmələr yolu ilə plana saldığı evlərin söküntüsündə istifadə etdiyi ARDNŞ Təhlükəsizlik İdarəsinin əməkdaşları eyni tərzdə qoçuluqlarını elə YDM-lərdə də davam etdirirlər:

«Onlar özlərini toxunulmaz hesab etdiklərindən çox arxayındırlar. Keçən həftənin şənbə günü Bibiheybət istiqamətindən şəhərə daxil olarkən yol üstündəki «SOCAR»a aid YDM-dən benzin vurmaq qərarına gəldim. 20 manatlıq benzin sifariş etsəm də, araya salıb 17 manatdan sonra benzini kəsdilər. Mən etiraz etdim. Bu zaman araya YDM-nin mühafizəçiləri girdi və məni hədələməyə və hətta döyməklə təhdid etməyə başladılar. Maşınımda ailə-uşaq olduğundan mən oradan uzaqlaşdım. Amma baş verənlər məni çox narahat etdiyindən həmin şəxslərin cəzalandırılmasını tələb edirəm».

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt