Əsas Səhifə > Hadisə > İRAN ŞAİRLƏRİ BURAXDI, AZƏRBAYCAN DA İRAN MÜXBİRİNİ
İRAN ŞAİRLƏRİ BURAXDI, AZƏRBAYCAN DA İRAN MÜXBİRİNİ5-09-2012, 11:37 |
QARŞILIQLI JESTLƏR Binəqədi Rayon Məhkəməsində həbsdə olan İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, A. Bayramlının müraciəti təmin olunub və o, vaxtından əvvəl azadlığa buraxılıb. Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olunan A. Bayramlı Binəqədi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə A. Bayramlının cəzasını 2 ildən 1 ilə endirib. Daha sonra A. Bayramlı cəzasının yarıdan çoxunu çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Geri qayıt |