Əsas Səhifə > Hadisə > VƏZİFƏLİ ŞƏXS YOL QƏZASINDA ÖLÜB
VƏZİFƏLİ ŞƏXS YOL QƏZASINDA ÖLÜB5-09-2012, 11:12 |
“ZİYA MƏMMƏDOVUN QATİLLƏRİ” İŞ BAŞINDA Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sahil qəsəbəsində “Trans Qeyt” MMC şirkətinə məxsus, Sahil qəsəbə sakini Əhmədov Vüsal Hüseyn oğlunun idarə etdiyi 10 TF 541 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə Abbasov Qasid Ziyad oğlunun idarə etdiyi “Hyundai” markalı 90 DN 045 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini Ağayev İlham Barat oğlu ölüb, digər sərnişin Abbasova Gülnarə Güləli qızı isə yaralanıb. Qeyd edək ki, Q. Abbasov Sahil qəsəbəsi icra nümayəndəsinin müavini, İ. Ağayev isə Xəzər rayon Məhkəməsinin sədridir. Hazırda faktla bağlı araşdırma aparılır. Geri qayıt |