Əsas Səhifə > Güney Press / Manşet > NAZİR OĞLU DAHA BİR QƏZETİ ÇÖKDÜRÜR
NAZİR OĞLU DAHA BİR QƏZETİ ÇÖKDÜRÜR4-09-2012, 17:29 |
![]() BAŞIBƏLALI В«GÜNDƏM XƏBƏRВ» QƏZETİ 10 MİN MANAT CƏRİMƏLƏNDİ DİA.AZ: - Bu gün hakim Tahir İsmayılovun rəhbərliyi ilə Yasamal rayonu məhkəməsində В«Gündəm XəbərВ» qəzetinə qarşı keçirilən iclasda qərar çıxarılıb. Bu barədə DİA.AZ-a sözügedən redaksiyadan məlumat verilib. Xatırladaq ki, В«Gündəm XəbərВ» qəzeti bir ildən çoxdur ki, hakimiyyətin təzyiqləri ilə üz-üzədir və qəzetə qarşı absurd məbləğdə vergidən yayınma ittihamları var ki, bu səbəbdən də qəzetin təsisçisi Şirin Cəfəriyə qarşı korrupsiyaya qarşı mübarizə idarəsində cinayət məcəlləsinin iki maddəsi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə və vergidən yayınma) cinayət işi açılıb və bir ildən çoxdur ki, sözügedən işlə bağlı heç bir real hərəkətlənmə həyata keçirilmir. Bu səbəbdən В«Gündəm Xəbər qəzeti sözügedən işdəki durğunluğun özünü də qəzetə basqı kimi dəyərlindirir. Bu günkü məhkəmə iclasında isə qəzet nəqliyyat naziri Ziya Məmmədovun oğlu, В«ZQANВ» Holdinqin şefi Anar Məmmədovun iddiası ilə 10 min manat məbləğində cərimələnib. Qəzet redaksiyasından verilən məlumatda deyilir ki, əslində bu işdə qəzetə qarşı iddianın qaldırılmasının özü də əsassız idi: В«Çünki biz В«TuranВ» agentliyinin məlumatını dərc etmişdik və həmin məlumatda В«YevlaxВ» Avtovağzalının müdirinin dediklərini dərc etmişdik. Sonradan həmin şəxs öz dediklərindən müxtəlif təzyiqlər səbəbindən imtina etdi və hətta bu məsələ ilə əlaqədar nazirin oğlundan üzr də istədi. Biz də məsələnin bu şəkildə qapandığını təxmin etdikВ». Redaksiyadan bildiriblər ki, amma sən demə, nazir oğlunun məqsədi başqa imiş: В«Anar Məmmədov bu dəfə bizi məhkəmə verdi və bizim də üzr istəməyimizi tələb etdi. Biz isə buna qarşı çıxdıq və sübutlarımızı məhkəməyə təqdim etdik. Amma buna baxmayaraq, Yasamal rayon məhkəməsinin hakimi Tahir İsmayılov hansısa marağıni qarşılığında nazir oğlunun iddiasını təmin edərək bizə qarşı 10 min manatlıq cərimə qərarı çıxardıВ». Geri qayıt |