Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: AZƏRBAYCANIN MÜHARİBƏ PLANI POZULUB

ŞOK: AZƏRBAYCANIN MÜHARİBƏ PLANI POZULUB


4-09-2012, 16:59
ŞOK: AZƏRBAYCANIN MÜHARİBƏ PLANI POZULUB

RAMİL SƏFƏROVLA BAĞLI PROSESİN İLGİNC PƏRDƏARXASI

DİA.AZ: - В«Keçən həftə Ramil Səfərovu Azərbaycana, azadlığı və Azərbaycanı isə Ramil Səfərova qaytaran prezident İlham Əliyevin bu məsələdə çox mühüm planları olubВ». Bu barədə şok məlumat DİA.AZ-a hərbi qaynaqlardan daxil olub.

Bilgili mənbənin redaksiyamıza ötürdüyü xəbərlərdən belə məlum olur ki, əslində Azərbaycan dövləti bu məsələdə Ermənistanın hansı formada reaksiya verəcəyini qabaqcadan hesablayıb: В«Bu belə də olmalıdır. Dövlət işi oyuncaq deyil. Bəziləri həvəslənərək ortaya düşdülər ki, Ramil Səfərovun qaytarılaraq dərhal əfv olunması ictimai rəyə hesablanmış seçkiqabağı jestdir. Amma bu belə deyil. Çünki hələ seçkiyə çox var və bu müddət ərzində İlham Əliyevin komandası müxalifət üçün hakimiyyəti hədəfə alacaq xeyli zəminlər yaradacaq. Yəni Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Ziya Məmmədov kimi məmurlar yetərlidir ki, hətta İlham Əliyevin bir rayonu qaytarması belə onun üçün heç bir siyasi divident gətirməsinВ».

Mənbəmiz iddia edir ki, əslində bu hesablanmış addımın məntiqi sonluğu Azərbaycanın öz torpaqlarını hərb yolu ilə azad etməsi üçün zəmin hazırlamalı imiş: В«Bütün proseslər hərbi əməliyyatların bərpası nöqtəsinə qədər inkişaf etdirilməli idi və Ermənistandan gələn ilkin reaksiyalar da hər şeyin plan üzərə baş verdiyini təsdiqləyirdi. Yalnız bu gün bütün gözləntilər alt-üst olub. Rəsmi İrəvan bir gedişi ilə əslində Azərbaycanın böyük bir taktiki gedişini səmərəsiz edibВ».

Burada Rusiyanın da mövqeyinin vacib olduğunu bildirən mənbəmiz söyləyir ki, son anna qədər susan və ermənilərin heç də ürəyincə olmayan bir tərzdə - В«qınayırıqВ» şəklində məsələyə reaksiya verən rəsmi Moskva da bu prosesin iştirakçılarından biri kimi qələmə verilir: В«Rusiya bu yolla Azərbaycan insanına ümidlərin Qərbə bağlanmamasını göstərmək istəyirdi və Azərbaycan insanına söyləyirdi ki, Qarabağın geri qaytarılması üçün Qərbə yox, üzü yuxarı - şimala üz tutmalıdırВ».

Bildirək ki, Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan ekstradisiya olunaraq, dərhal da əfv edilməsi səbəbindən Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarından imtina etməyəcəklərini açıqlayıb: В«Halbuki rəsmi Bakı Ermənistana danışıqlardan birdəfəlik imtina üçün gözəl fürsət vermişdi. Ermənilər isə danışıqlardan imtinanın onlara baha başa oturacağını dərk etdiklərindən bu məsələdə aqressiyanı bir kənara atdılar ki, bu da Azərbaycan dövlətinin gözləntilərini alt-üst etmiş olduВ».

Mənbəmiz əlavə edir ki, əslində rəsmi Bakı Ermənistanın imtina qərarına ümidli idi: В«Bunun ardından isə Ermənistana qarşı çox ciddi kampaniya başlamalı idi. Və beynəlxalq aləmə Azərbaycanın müharibədən itki ilə çıxan bir dövlət olduğu təlqin edilməli idi. Daha sonra Azərbaycanın öz torpaqlarını azad edə bilməsi üçün danışıqların dayandığı bir məqamda yeganə çıxış yolu kimi hərbi əməliyyatların bərpası məcburiyyətində qalmasına bütün dünya inandırılmalı idi. Amma yenə də bildiririk ki, artıq bu plan əhəmiyyətini itiribВ».

Geri qayıt