Əsas Səhifə > Güney Press / Manşet > ETİBAR PİRVERDİYEVİN VƏZİFƏSİ BÖYÜYÜR
ETİBAR PİRVERDİYEVİN VƏZİFƏSİ BÖYÜYÜR4-09-2012, 16:04 |
![]() VURULACAĞI DEYİLƏN ASC RƏHBƏRİ NAZİR POSTUNA GƏTİRİLİR DİA.AZ: - Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qədər və ondan sonra hakim düşərgədə çox ciddi kadr islahatlarının həyata keçiriləcəyi indidən hiss olunmaqdadır. Elə hakimiyyət içində cərəyan edən hadisələrin mətbu təzahürləri də belə deməyə əsas yaradır. Belə ki, son zamanlar məmurların bir-birinin əleyhinə işləyə biləcək faktları mətbuata ötürməsi intensiv xarakter almaqla yanaşı, həmçinin iqtidar cinahında baş verən və baş verəcək təlatümlərdən xəbər verməkdədir. DİA.AZ-a hökumət içindəki etibarlı mənbələrdən ötürülən informasiyalardan da aydın olur ki, prezident seçkilərindən sonra hətta hakimiyyətin ən üst cinahlarında kadr islahatları aparılacaq. Bu barədə mənbənin söylədikləri: В«ƏN üst cinahlarda silkələnmələr, vəzifəsini itirənlər, yerdəyişmələr olacaq. Böyük səs-küy yaradacaq hadisələr baş verəcəkВ». Çox ciddi fiqurların vəzifələrini itirəcəyini bildirən mənbəmiz onu da vurğuladı ki, dünənə qədər adı mətbuatda В«qara siyahıyaВ» salınırmış kimi təqdim olunan В«AzenerjiВ»nin prezidenti Etibar Pirverdiyev gözlənilənlərin əksinə olaraq daha da yüksək mövqeyə gətiriləcək: В«Hətta ola bilsin ki, onu baş nazir də təyin etsinlər. Belə bir məsələ də gündəmdədir. Amma ən yaxın olanı Etibar Pirverdiyevin Natiq Əliyevin yerinə energetika naziri postuna gətirilməsidirВ». Geri qayıt |