Əsas Səhifə > Gündəm, Manşet > MƏHƏRRƏM ƏLİYEVİN YENİ HÜCUM TAKTİKASI
MƏHƏRRƏM ƏLİYEVİN YENİ HÜCUM TAKTİKASI4-09-2012, 13:43 |
KEÇMİŞ «QOROTDEL» ŞEFİ DÖVLƏTDƏN VƏZİFƏ İSTƏYİR, AMMA… DİA.AZ: - Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Tacikistandakı diplomatik missiyasını başa vurmuş Məhərrəm Əliyev bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında hakimiyyətdən hər hansı vəzifə ummadığını söyləsə də, əslində onun Bakıda qalaraq əvvəlki siyasi fəaliyyətini davam etdirmək niyyəti aydın şəkildə hiss olunandır. Onun YAP sıralarına yenidən qayıtmaq istəyi də elə bununla əlaqələndirilir. Az əvvəl isə Məhərrəm Əliyevin bir neçə xəbər portalını ələ keçirməsi və bir neçəsini yaratması ilə bağlı məlumatlar yaymışdıq. DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, bir yandan əzəli rəqibi Daxili İşlər Naziri Ramil Usubovun kölgəsini qılınclamaqla məşğul olan Məhərrəm Əliyev, eyni zamanda özünü hakim düşərgələrə bir güc şəklində təqdim etməkdə də maraqlıdır. Mötəbər mənbə iddia edir ki, Məhərrəm Əliyev yenidən güc strukturlarında çalışmaq istəyir: «Onun kimi bir insan hər zaman vəzifəyə meyilli olduğundan, hətta Məhərrəm Əliyev yaxınları ilə söhbətində bir rayona icra başçısı gedə biləcəyini də açıqlayıb. Onun nəzərində olanı isə paytaxt rayonlarından birinə rəhbərlik etməsidir». Qeyd edək ki, Məhərrəm Əliyev günü bu gün də iqtidarın bir sıra çevrələri ilə çox ciddi əlaqələrə malikdir və Ramil Usubova əks cinahda dayanan həmin qüvvələr sabiq «qorotdel» şefinə bir arxayınçılıq verərək, onu təkrarən prezidentin yanında etimadlı mövqeyə gətirəcəklərini vəd ediblər. Bu əsnada isə Məhərrəm Əliyevin yeni taktikası mətbuatda möhkəmlənməkdən və özünün hakim düşərgə üçün lazımlı fiqur olduğunu hiss etdirməkdhən ibarətdir. Hələlik bu taktikanın hansı formada effekt verdiyi məlum olmasa da, aydın olanı odur ki, Məhərrəm Əliyev çox ciddi şəkildə pullar xərcləyir… Murad TƏHMƏZOV DİA.AZ - Geri qayıt |