Əsas Səhifə > Siyasət, Manşet > HACIBALA ABUTALIBOVUN YARITMAZ İŞİ
HACIBALA ABUTALIBOVUN YARITMAZ İŞİ4-09-2012, 12:52 |
ZİYA MƏMMƏDOV YEYİNTİYƏ YOL VERSƏ DƏ, BELƏ BİABIRÇILIQ OLMURDU DİA.AZ: - Neçə müddət idi ki, Bakının mərkəzi küçəsi hesab olunan Neftçilər prosepekti bağlanmışdı. Səbəb kimi isə yolun Bakı şəhər icra hakimiyyəti tərəfsindən yenidən asflatlanması göstərilirdi və qeyd olunurdu ki, yol sentyabr ayının sonlarına istifadəyə veriləcək. Amma hər zaman olduğu kimi, bu dəfə də ayrılan pulların yeyilməsi fonunda ortaya keyfiyyətsiz iş qoyulub. DİA.AZ əməkdaşlarının apardığı müşahidələr nəticəsində də təsdiqlənir ki, dünən istifadəyə verilən yol keyfiyyətsiz olması ilə yanaşı, dalğalı olduğundan maşınların hərəkətləri zamanı da narahatçılıq yaranır. Əməkdaşlarımız bununla bağlı bir neçə sürücünün də münasibətlərini öyrəniblər. Bakı sakini, taksi sürücüsü İmamverdi Musayevin sözlərinə görə, yolun keyfiyyətsizliyindən dərhal görünür ki, ayrılan pulun böyük hissəsi mənimsənilib: «Ziya Məmmədov yolu çəkəndə heç olmasa, iki ay rahatçılq olurdu. İndii heç bir gün də rahatçılıq olmadı». Başqa bir sürücü, 28 yaşlı Əli Zeynalov da eyni qaydada Neftçilər prospektinin yeni asfalt örtüyünün keyfiyyətsizliyindən gileylənir: «Maşını sürəndə elə bilirsən ki, «qruntavoy» yolla hərəkət edirsən. Dövlətin puluna qarşı bu qədər də məsuliyyətsiz yanaşmaq olmaz axı… Yeyirsiniz, yeyin, amma heç olmasa 50 faizi xərcləyin də»… Geri qayıt |