Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV DÖVRÜMÜZÜN STALİNİDİR
RAMİZ MEHDİYEV DÖVRÜMÜZÜN STALİNİDİR4-09-2012, 12:34 |
KÖHNƏ SOVET TƏRBİYƏSİ ALAN PA ŞEFİ RƏQİBLƏRİNİ NECƏ SIRADAN ÇIXARIR? DİA.AZ: - Bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkənin favorit siyasi gücü kimi diqqətə gəlməkdədir və belə görünür ki, gedişi barəsində az qala dastanlar yazılan PA şefi heç də təsadüfi olaraq «boz kardinal» ünvanına layiq görülməyib. O, bu gün bir çox mühüm proseslərin episentrində əsas təsiredici qüvvə kimi çıxış etməkdədir. Ona rəqib cinahda dayananlar isə bu günə kimi bir-birinin ardından zərərsizləşdirilib. Təsadüfi deyil ki, bir zamanlar ABŞ-ın israrla gedişini tələb etdiyi Ramiz Mehdiyev bu gün rəqib məmurlarını arxivə çevirməsilə yanaşı, həm də onun barəsində yazan, yazmağa cürət edən qələm əhlini də zərərsizləşdirməkdə pərgarlaşıb. Bu gün belə bir təəssürat da yaranır ki, ölkədə baş verən istənilən bir hadisə dövlət başçısına məhz Ramiz Mehdiyevin təqdimatında çatdırıldığından o, hələlik istədiklərini həyata keçirməkdə heç bir problem yaşamır. Bunun nəticəsidir ki, Ramiz Mehdiyev 2005-ci ildə iki əsas rəqibini - keçmiş nazirlər Əli İnsanovla Fərhad Əliyevi həbs etdirərək məhbəsə yola saldı, onların əmlaklarını isə talan etdirdi. Təsadüfi deyil ki, Ramiz Mehdiyevin maraqlarına qarşı gedənlər iqtidar cinahından ümumən təcrid olunmuş vəziyyətə salınırlar. Bu gün isə DİA.AZ-a həmin iqtidar adamlarından ikisi barədə ilginc faktlar ötürülüb. Söhbət keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevlə, tanınmış şairimiz Zəlimxan Yaqubdan gedir. Diqqət yetirirsinizsə, Heydər Babayev nazir postundan alınması ilə sıradan çıxarılıbsa, mərhum prezident Heydər Əliyevlə şəxsi dostluq münasibətlərində olan Zəlimxan Yaqub tamamən unutdurulub. Redaksiyamızı bilgiləndirən mötəbər mənbələrin sözlərindən belə aydın olur ki, Heydər Babayevin PA şefinin qəzəbinə nədən olmasının əsas nədəni onun Rusiyaya Mehdiyevdən az qala bir addım yaxın olması idi: «Məlumdur ki, Ramiz Mehdiyev Rusiyanın Azərbaycanda bir nömrəli adamı hesab olunur. Rusiyanın iqtisadi-siyasi dairələri ilə çox ciddi əlaqələri olan keçmiş nazir Heydər Babayev əlindəki imkanları ilə hətta Ramiz Mehdiyevi belə kölgədə qoya biləcək səviyyədə idi. Bu isə PA şefi üçün ən arzuolunmaz hal olduğundan, keçmiş nazirin ad günü törənində yaşanılan sıradan bir olay Ramiz Mehdiyevin təqdimatında prezidentdə çox fərqli formada çatdırılır ki, bunun da ardından Heydər Babayevin kitabı bağlanır». Zəlimxan Yaquba gəlincə isə mənbəmiz bildirir ki, tanınmış şairimiz də İlham Əlieyvlə çox isti münasimətlərə malik olub: «Hətta mərhum prezident Heydər Əliyevin vəfatından sonra Zəlimxan Yaqub Heydər Əliyevə həsr olunmuş poema da yazır ki, həmin əsər səhnələşdirilir də. Bundan sonra prezidentin Zəlimxan Yaqubun evində belə olduğu, ona ailəsi adından gözəl əsəri üçün şəxsən təşəkkür etdiyi də söylənilir. Belə bir məhrəmlik isə Ramiz Mehdiyev üçün arzuolunmaz olduğundan, 2005-ci ilin parlament seçkiləri ərəfəsində mediaya Zəlimxan Yaqubun Borçalıdakı məclislərin birində «Biz Borçalı türkləri Heydər Əliyevin ətrafında birləşməliyik, millət naxçıvanlılardan, Qərbi Azərbaycanlılardan bezib» şəklində etdiyi çıxışı ötürülür və bununla da Zəlimxan Yaquba qarşı prezidentin yanında mənfi rəy yaradılmış olur». Hər halda, bu iki fakt Mehdiyevin köhnə sovet tərbiyəsini, həmçinin Stalin dönəminin üsullarından istifadəyə meyilli olmasını təsdiqləməkdədir. Geri qayıt |