Əsas Səhifə > Güney Press / Manşet > MƏHƏRRƏM ƏLİYEV NAZİRƏ QARŞI YENİ MÜSTƏVİDƏ
MƏHƏRRƏM ƏLİYEV NAZİRƏ QARŞI YENİ MÜSTƏVİDƏ3-09-2012, 17:13 |
![]() RAMİL USUBOV İNDİ DƏ KRİMİNAL ALƏMİN ƏLİ İLƏ В«VURULURВ» DİA.AZ: - Artıq xeyli müddətdir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi postundan azad edilməsinə baxmayaraq Məhərrəm Əliyev hələ də köhnə ədavətindən əl çəkmək fikrində deyilmiş kimi görünür. Xatırladaq ki, bir zamanlar yerli mətbuat Məhərrəm Əliyevlə Daxili İşlər Naziri Ramil Usubovun münasibətlərindəki gərginlikdən çox yazırdı və hətta hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovun qudası olan Məhərrəm Əliyevin В«vurulmasındaВ» da bu konfliktin mühüm rol oynadığı söylənilir. Doğrudur, Məhərrəm Əliyev Tacikistana səfir göndəriləndən sonra meydanın boş qalması səbəbindən ədavət bitmiş kimi göründü. Amma son baş verənlərdən belə aydın olur ki, məsələ heç də görüntüdə olduğu kimi deyil. Məhərrəm Əliyev heç də geri çəkilmək fikrində deyil və o, Ramil Usubova qarşı təbliğatını durmadan davam etdirməyindədir. Amma bu dəfə tamam fərqli üsullarla… DİA.AZ-a bu barədə danışan mötəbər mənbənin sözlərindən belə aydın olur ki, sabiq В«qorotdelВ» şefinin son zamanlarda nəzarəti altına aldığı və yaratdığı xəbər portallarında intensiv şəkildə oğru dünyası ilə bağlı məlumatların yer alması və hətta bəzən oğru dünyasının təbliğinə belə keçidin edilməsi heç də təsadüfən deyil. Mənbəmiz iddia edir ki, burada əsas hədəf Ramil Usubovdur və bu yolla Məhərrəm Əliyev nazirin yarıtmaz fəaliyyəti təəssüratını yaratmağa çalışır: В«Diqqət yetirin. Verilən В«xəbərlərВ»dən belə bir təəssürat yaranır ki, Azərbaycanda istənilən zaman oğru dünyasının istənilən bir nüfuzlu siması istənilən bir toplantını keçirə, istənilən birisinə haq qoya, istənilən birisini cəzalandıra bilər və bunların da qarşılığı olaraq toxunulmaz qalacaq. Yəni bu xəbərlərin mahiyyətində bir məsələ təbliğ olunur ki, Azərbaycan kriminal aləmin sərbəstlik qazandığı bir məkandır. Halbuki DİN rəhbərliyi illərdir bunun əksini deyirВ». Bütün bu təəssüratların ictimaiyyətə məqsədli şəkildə yeridildiyini bildirən mənbəmiz Məhərrəm Əliyevin bu yolla öz əzəli rəqibini nüfuzdan salmağa çalışdığını da söylədi. Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir… Geri qayıt |