Əsas Səhifə > Cəmiyyət > HƏBSDƏKİ “OMON”ÇULARDAN İSMARIC VAR

HƏBSDƏKİ “OMON”ÇULARDAN İSMARIC VAR


3-09-2012, 14:01
HƏBSDƏKİ “OMON”ÇULARDAN İSMARIC VAR
ONLAR DA RAMİL SƏFƏROV KİMİ ÖMÜRLÜK MƏHBUSDURLAR

16 ildir həbsdə olan və hazırda ömürlükdə çəza cəkən kecmiş OMON-çular Poladov Səfa və Kazımov Arif Azərbaycan Prezidentinin fərmanı ilə ömürlük cəza çəkməkdən xilas olan Ramil Səfərova təbrik məktubu ünvanlayıblar. Bu barədə Tia.az-a məhbusların yaxınları məlumat veriblər. Ünvanlanan məktubda deyilir:

“Əzizimiz Ramil! İlk öncə Səni azadlığa cıxmağın münasibəti ilə təbrik edirik. Sənin vətənimizə qayıdıb, Azərbaycan Ordusunun yüksək rütbəli zabiti olman bizi hədsiz sevindirir. Bu hadisə bizlər üçün sözün əsl mənasında bayramdır. Məlum xəbəri eşidəndə özümüzü hec vaxt ümidimiz olmayan Azadlıqda hiss etdik. Doğma torpaqlarda azad yaşamaq haqqı çox həsrətində olduğumuz bir duyğu olduğundan, sənin hansı hissləri yaşadığını biz daha yaxşı anlayırıq.

Əziz qardaşımız! Ümid edirik ki, Səni ömürlük həbsdən azad edən o əfv fərmanı nə vaxtsa bizə də şamil ediləcək. Torpaqlarımızın işğaldan azad olunması üçün Ali Baş Komandanımızın əmrini birlikdə icra edəcəyik”.

Geri qayıt