Əsas Səhifə > Hadisə > BAKIDA EVDƏN MEYİT TAPILDI
BAKIDA EVDƏN MEYİT TAPILDI3-09-2012, 13:43 |
BAKI SAKİNİ BAĞLI QAPI ARXASINDA QALIB Bakıda yaşayış binasındakı mənzildə meyit tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istindən verdiyi məlumata görə, Bakının Xətai rayonunda 1959-cu il təvəllüdlü İlham Xanməmməd oğlu Əliyevin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə nazirliyin qaynar xəttinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin apardığı müayinə nəticəsində vətəndaşın vəfat etdiyi müəyyən edilib. Geri qayıt |