Əsas Səhifə > Gündəm, Manşet > CEYHUN OSMANLI ÖZÜNÜ ÇOX ÇƏTİN DURUMA SALIB

CEYHUN OSMANLI ÖZÜNÜ ÇOX ÇƏTİN DURUMA SALIB


3-09-2012, 12:47
CEYHUN OSMANLI ÖZÜNÜ ÇOX ÇƏTİN DURUMA SALIB

GƏNC DEPUTATIN RAMİL SƏFƏROVLA BAĞLI AÇIQLAMASI PROBLEM YARADIB

DİA.AZ: - Macarıstandan Azərbaycana ekstradisiya olunaraq əfv olunan zabitimiz Ramil Səfərovla bağlı məsələ bir yandan Ermənistanı qarışdırıbsa, ermənilərin Macarıstana hücumlarına rəvac veribsə, digər yandan da hakimiyyətiçi münasibətlərin yenidən körüklənməsinə nədən olub. Belə ki, DİA.AZ-ın əldə etdiyi məlumatlardan bəzilərinin bu prosesdə özlərini yandırdıqları aydın olur.

Hökumət içindəki məlumatlı mənbələrdən ötürülən informasiyaya görə, Ramil Səfərov Bakıya gələr-gəlməz gənc deputat, bu günlərdə hakimiyyətyönlü «İrəli» İctimai Birliyinin rəhbərliyindən uzaqlaşdırılan Ceyhun Osmanlı yenidən özünü hədəfə çevirib. Mənbə bildirir ki, Ceyhun Osmanlının «Ramil Səfərovun Azərbaycana qaytarılmasında tanınmış iş adamı, Putinin dostu İlham Rəhimlinin müstəsna rolu var» ifadəsi ona baha başa oturub.

Mənbənin söylədikləri: «Ceyhun Osmanlı bu açıqlaması ilə özünü çətin vəziyyətə salıb və hakimiyyətin çox ciddi təzyiqləri ilə üzləşib. Çünki bu açıqlama əslində prezident İlham Əliyevin zabitimizin vətənə qaytarılmasında gördüyü işlərin kölgə altına alınması ilə eyni tutulmaqdadır».

Qeyd edək ki, Ceyhun Osmanlı Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov tərəfindən yönəldilməkdədir. Elnur Aslanovun anası Rəbiyyət Aslanova isə bu günlərdə adıkeçən İlham Rəhimli ilə ailə həyatı qurmuşdu. Yəni bu yolla gənc deputat himayədarına yardımçı olmaq istəsə də, hakimiyyətin ümumi xəttinin əleyhinə çıxdığının fərqinə vara bilməyib.

Xatırladaq ki, buna qədər də Ceyhun Osmanlının bir çox yanlışları olmuşdu və bu səbəbdən də gənc deputatın növbəti 5 illik üçün mandat almayacağı qətiləşmişdi. İndii isə bu qərar daha da möhkəmlənmiş olur.

Geri qayıt